Icma.az
close
up
RU
Məhkəmə Xoşqədəm Hidayətqızına qadağa qoyub

Məhkəmə Xoşqədəm Hidayətqızına qadağa qoyub

Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Teleaparıcı Xoşqədəm Hidayətqızı və "ARB Media Qrup"a qadağa qoyulub.
Mia.az "Unikal"a istinadən xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsi qərar qəbul edib.

Belə ki, Quliyeva Xumar Məzahir qızı məhkəməyə ərizə ilə müraciət edərək bildirib ki, Xoşqədəm Hidayətqızı tərəfindən şərəf və ləyaqətinin, işgüzar nüfuzunun ləkələnməsinə səbəb olan məlumatların yayılması hərəkətlərinə məruz qalıb.
Şikayətçi qeyd edib ki, bu hal itkin düşən qardaşlar Mahir və İldırım Cəbrayılovlar barəsində danışılan verilişlərdə baş verib. Belə ki, Mahir 1997-ci ildə, İldırım isə 2004-ci ildə Litvanın paytaxtı Vilnüs şəhərində itkin düşüblər. Bu günə qədər aqibətləri məlum deyil. X.Quliyev onlardan yalnız Mahiri uzaq qohumu olan Rəna xanımın vasitəsilə tanıyıb. 
1991-ci ildə Mahir öz dostları ilə bərabər onun oğlu Cavidanın kiçik toy məclisində iştirak edib. Həmin vaxtdan etibarən Mahirlə yaxın əlaqəsi, mütəmadi ünsiyyəti olmayıb. Bütün bunlara baxmayaraq, Xoşqədəm Hidayətqızı onun oğlunun kiçik toy məclisini əks etdirən videogörüntüləri sırf Mahirin və onun həmin videoda görünməsi səbəbi ilə X.Quliyevanın razılığı olmadan efir vasitəsilə yayımlayıb.
Səbail Rayon Məhkəməsində hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən iclasda bu barədə birtərəfli efir müzakirələrinin aparılmasının 1 ay müddətinə “ARB” TV-yə və “Səni Axtarıram” adlı verilişin lahiyə rəhbəri və aparıcısı Baxşəliyeva Xoşqədəm Hidayət qızına qadağan edilməsi ilə bağlı qərar verilib.
Müvəqqəti təminat tədbiri 11.01.2025-ci il tarixdən qüvvədən düşür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://mia.az
archiveBu xəbər 12 Dekabr 2024 21:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

17 İyul 2025 05:32see140

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see131

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see124

Taxıl biçini: hansı problemlər var?

16 İyul 2025 23:26see116

Azərbaycan, Türkiyə və Amerika İsrailə təzyiq göstərəcəklər Sərdar Cəlaloğlu

17 İyul 2025 16:11see115

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see114

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see114

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see114

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

17 İyul 2025 16:54see113

“Neftçi” yeni ev formasını təqdim edib FOTO

16 İyul 2025 23:05see113

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see113

Mbappe ilə bağlı araşdırmalar aparılır Polisə rüşvət verib?

17 İyul 2025 12:03see112

Liderlər Şuşanın Daşaltı kəndində GÖRÜNTÜLƏR

17 İyul 2025 12:12see112

TƏBİİ TƏLƏ: Yayın kəşfi ağcaqanadların sonunu gətirəcək

17 İyul 2025 00:56see112

12 milli, 4 klub Sumqayıta gəlir Dünya Qadın Seriyası

17 İyul 2025 12:09see112

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

17 İyul 2025 18:19see112

Dollarla bağlı rezonans doğuran tələb Dəyişikliklər ola bilər

17 İyul 2025 09:10see112

Berdiməhəmmədovun səfəri regional əməkdaşlığa töhfə verəcək” MÜNASİBƏT BİLDİRİLDİ

17 İyul 2025 12:38see110

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

18 İyul 2025 15:15see110

Naxçıvanın enerji sistemi yenidən qurulur

17 İyul 2025 11:44see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri