Məhkəmə Yermakı 60 gün müddətinə həbs edib
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukrayna məhkəməsi Zelenskinin Ofisinin sabiq rəhbəri Andrey Yermakı 60 gün müddətinə həbs edib.
Ukrayna mediasının xəbərinə görə, Yermak Kiyev yaxınlığında elit tikinti zamanı çirkli pulların yuyulması işində təqsirli bilinir.
Məhkəmə 140 milyon qrivna (təxminən 3,1 milyon dollar) məbləğində girov təyin edib. İstintaqa görə, söhbət 460 milyon qrivnanın leqallaşdırılmasından gedir.
Girov qoyulduğu təqdirdə, Yermak hər bir tələb üzrə müstəntiqə müraciət etməli, yaşayış yerinin və ya iş yerinin dəyişdirilməsi barədə məlumat verməli, Kiyevdən ayrılmamalı, pasportlarını təhvil verməli, şübhəli və şahidlərlə ünsiyyətdən çəkinməlidir, eyni zamanda, elektron qolbaq taxmalıdır.
Yermak ittihamları əsassız adlandırıb və girov qoymaq üçün pulunun olmadığını bildirib. Qərardan apellyasiya şikayəti veriləcək. /Apa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 14 May 2026 11:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















