Icma.az
close
up
RU
Məhkəmədə Nəcməddin Sadıqovla bağlı şok məlumat açıqlandı

Məhkəmədə Nəcməddin Sadıqovla bağlı şok məlumat açıqlandı

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Axar.az APA-ya istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Vüsal Əlizadənin vəkili vəsatətlə çıxış edib.

Vəkil müvəkkilinin dəymiş ziyanın 50 faizini ödədiyi halda ona 62-ci maddədə nəzərdə tutulan həddən aşağı cəza verilməsi üçün vəsatət təqdim edib.

Məhkəmə vəsatətin təmin edilməməsi barədə qərar qəbul edib.

Daha sonra Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə apellyasiya şikayətini müdafiə edib.

O, çıxışında bildirib ki, mediada dərc olunan məlumatlara görə, cəmiyyətdə elə təəssürat yaranıb ki, bütün məbləği 4 nəfər mənimsəyib:

“Mediada ümumi məbləğ 143 milyon göstərilir. Hamı da elə bilir ki, bütün məbləğ bu 4 şəxsə aiddir. Lakin bu, belə deyil. Bununla yanaşı, istintaq dövründə satınalma epizodu üzrə Nizami Məmmədov ifadə verib. Bu epizod üzrə təqsirli bilindiyimizi sonda bildik. Həmçinin istintaq zamanı ifadə verən şəxslər məhkəmədə ifadələrini təkzib etdi. Halbuki onlar ifadələrində pulları Nizami Məmmədova verdiklərini demişdilər.

Məlikməmməd Qurbanov müqavilələr əsasında “Azərsun”dan 20 milyon aldığını və həmin puldan 400.000 manat götürdüyünü, qalan pulu da Nəcməddin Sadıqova verdiyini bildirib. Həmçinin Nəcməddin Sadıqovun göstərişi əsasında həmin puldan 800.000 manatı Nizami Məmmədova hissə-hissə verdiyini bildirib. Ümumiyyətlə, nə satınalmanın, nə də maliyyə xidmətinin Baş Qərargah rəisinə aidiyyəti var.

Daha sonra təqsirləndirilən Nizami Məmmədov məhkəməyə müraciət edib.

O, bildirib ki, Fikrət Mirzəyevlə bağlı epizodların ona aidiyyəti yoxdur:

“Mənim Fikrət Mirzəyevlə əlaqəm olmayıb. Onun bölməsinin daxilində ayrı-ayrı komissiyalar da var. Onlar layihələr, müqavilələr hazırlayır və Müdafiə Nazirliyinə təqdim edir. ”.

Nizami Məmmədov bildirib: “İstintaq zamanı da səmimi etiraf etmişəm. İndi də deyirəm. Mən 12.200.000 manat götürmüşəm və bunu da ödəmişəm. Qalan epizodların mənə aidiyyəti yoxdur. Hərbi hissədə çalışan maliyyə xidmət rəisləri inspeksiyaya pul verib. Həmin pullar da mənə yazılıb. O pulları birtəhər tapıb ödəmişəm.

Məhkəmənin növbəti iclası mayın 26-da keçiriləcək.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

Cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manat hesablanıb.

Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib.Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, Nizami Məmmədov və Bayram Bayramov hər biri 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Eyni zamanda, təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş əmlaklarının müsadirə edilməsi barədə qərar qəbul olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://axar.az
archiveBu xəbər 17 May 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see237

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see230

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see215

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see212

Mbappe tarixə düşdü Peledən sonra ilk

14 Noyabr 2025 06:39see172

Ədəbiyyat və publisistikamızın unudulmaz siması

14 Noyabr 2025 12:07see155

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see150

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see150

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see149

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see147

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see144

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see142

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see142

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

14 Noyabr 2025 23:10see141

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see139

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see138

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see138

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

14 Noyabr 2025 09:44see138

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see136

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

14 Noyabr 2025 15:50see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri