Məhkəməlik olan şirkət ATU ilə müqavilə imzaladı
Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Tibb Universiteti (ATU) mətbəə üçün lazım olan avadanlıqlar və materialların satın alınması ilə bağlı işlər həyata keçirir.
“Yeni Sabah” xəbər verir ki, satınalma üzrə keçirilən müsabiqənin qalibi “Kaspian Standart” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Tərəflər arasında ümumi dəyəri 272 642,54 manat təşkil edən müqavilə imzalanıb.
Qeyd edək ki, sözügedən şirkət barəsində bir neçə il əvvəl gömrük qaydalarını pozduğu üçün (Gömrük bəyannaməsinin və müvafiq sənədlərin təqdim edilməsi müddətinin pozulması) inzibati xəta protokolu tərtib olunub. İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə irəli sürülən iddia üzrə iş Bakı Şəhər Yasamal Rayon Məhkəməsində hakim Murad Məmmədovun icraatında olub. Sözügedən maddəyə əsasən, hüquqi şəxslər 300 manat məbləğində cərimə edilir. pizza
Cəlalə Cəlalqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 02 Oktyabr 2026 09:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















