Icma.az
close
up
RU
Məhkəməni uddu, evini satıb Amerikanı tərk edir

Məhkəməni uddu, evini satıb Amerikanı tərk edir

Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hollivud ulduzu Ancelina Coli Fransadakı "Chateau Miraval" şərab zavodundakı payının satışı ilə bağlı məhkəmə işində keçmiş həyat yoldaşı Bred Pittə qalib gəlib.

Axşam.az xəbər verir ki, Los-Ancelesin Ali Məhkəməsinin qərarına əsasən, Bred Pitt Colinin şərab zavodundakı payının satışı ilə bağlı şəxsi elektron məktublarının açıqlanmasını tələb edə bilməz. Hakim aktrisanın mövqeyini dəstəkləyərək bildirib ki, bu yazışmalar məxfidir və qanunla qorunur. Bununla da Pittin vəsatəti rədd edilib. Lakin gələcəkdə aktyor bu məsələni yenidən məhkəmədə qaldıra bilər.

"Bu, Coli üçün mühüm qələbədir. Qərar göstərir ki, Pitt vəkillə müştəri arasında olan yazışmalara çıxış əldə etməyə çalışmaqla açıq şəkildə sərhədləri aşıb. O, Ancelina ilə bağlı hər şeyə, həmçinin onun vəkilləri ilə ünsiyyətinə nəzarət etmək istəyir. Biz çox şadıq ki, həm Apellyasiya Məhkəməsi, həm də birinci instansiya məhkəməsi nəhayət buna son qoydu" deyə, Colinin vəkili bildirib.

Vəkilin sözlərinə görə, əvvəlcə Pitt tərəfi 126 məxfi sənədin açıqlanmasını tələb etsə də, sonra bu sayı 22-yə endirib, lakin bu, məhkəmənin qərarını dəyişməyib.

Məhkəmədəki qələbə fonunda Coli Los-Ancelesdəki malikanəsini satışa çıxarıb. Aktrisa 2017-ci ildə Bred Pittin qonşuluğunda aldığı əmlak üçün 30 milyon dollar istəyir.

Mediada yayılan məlumatlara görə, aktrisa iyulda Amerikanı tərk etmək niyyətindədir. O,  Kamboca və ya Fransaya köçməyi planlaşdırır.

Aktrisa daha əvvəl bildirmişdi ki, əkiz övladları Noks və Vivyen 18 yaşına çatdıqdan sonra ABŞ-ni tərk edəcək. KİV-in məlumatına görə, Coli artıq iyul ayında - onların ad günündən dərhal sonra ölkəni tərk etməyi planlaşdırır və yaşamaq üçün iki ölkəni nəzərdən keçirir: sevimli Kambodja və Fransa.

Qeyd edək ki, Bred Pitt və Ancelina Coli 2005-ci ildə “Cənab və xanım Smit” filminin çəkilişləri zamanı tanış olub görüşməyə başlayıblar. Baxmayaraq ki, aktyor o zaman tezliklə boşandığı Cennifer Enistonla evli idi (şayiələrə görə, Coli bunu “asanlaşdırıb”). Pitt və Coli 2014-cü ildə evlənsələr də, aktrisa 2016-cı ildə şəxsi təyyarənin göyərtəsində yaranan ciddi mübahisədən sonra boşanmaq üçün məhkəməyə ərizə verib. Bundan sonra Coli onu özünə və uşaqlarına qarşı zorakılıqda ittiham edib. Bredin özü hər şeyi inkar edib. Ayrılıqdan sonra cütlük üçü övladlığa götürülən altı uşağın himayəsi və “Chateau Miraval” şərab zavodu ilə bağlı məsələlərin həllinə uzun illər sərf ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://axsam.az
archiveBu xəbər 06 May 2026 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see335

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see327

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see316

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see303

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see269

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see238

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see236

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see230

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see217

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see201

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see189

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see180

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see173

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see161

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see161

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see161

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see161

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri