Icma.az
close
up
RU
Məhkəməyə ən çox bu qurumlara görə müraciət edirlər

Məhkəməyə ən çox bu qurumlara görə müraciət edirlər

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda inzibati işlərə baxan məhkəmədə işlərin sayı müzakirələrə səbəb olub. Qeyd olunur ki, ilin əvvəlindən Bakı İnzibati Məhkəməsində baxılan və baxılması gözlənilən işlərin sayı 19 minə çatıb.

Modern.az-a açıqlamasında hüquqşünas Ramil Süleymanov bildirib ki, işlərin bu qədər çox olmasında əsasən problemin biri hakimlərin sayının azlığı ilə bağlıdır.

"Lakin kəmiyyətə yönəlmiş addıma diqqət yetirməklə məsələ tam həllini tapa bilməz. Çünki bir çox hakimlərdə iş səriştəsi və savadla bağlı çatışmazlıqlar var. Digər tərəfdən DİM-in təşkil etdiyi hakimliyə qəbul imtahanları da həddən artıq çətin təşkil olunur.  Kifayət qədər savadlı hakimlər imtahandan məqbul nəticə ala bilmirlər”.

R.Süleymanov qeyd edib ki, problemin digər tərəfi məmurların məsuliyyətsizliyidir. Vətəndaşların əldə etməli olduqları hüquq müəyyənedici sənədlərə dövlət məmurları tərəfindən etinasızlıqla yanaşılır və bürokratik əngəllər yaradılır. Vətəndaş məcburiyyət qarşısında inzibati məhkəməyə müraciət edir. 

Hüquqşünasın fikrinə görə, İnzibati Prosessual Məcəlləyə və İnzibati İcraat Haqqında Qanuna müəyyən əlavə və düzəlişlər olunmalıdır. Həmçinin ərazi aidiyyəti üzrə məsələlərə də baxılmalıdır. 

Hüquq müdafiəçisi əlavə edib ki, inzibati məhkəmələrdə yığılmış işlərin əksəriyyəti Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi qurumu ilə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında pensiyaların təyin olunması ilə bağlı cavabdeh təşkilatla və veteranlıqla bağlı işlərdir:

“Ən sadə sənədi vətəndaşa vermək səlahiyyəti olan qurumlar məsuliyyəti öz üzərindən atır. İşin məhkəmə qərarı ilə həll olunmasına yönəldirlər. 

Eyni zamanda inzibati Prosessual Məcəlləyə birinci instansiyada baxılan işlərlə bağlı inzibati prosessual müddətlər müəyyən olunmalıdır. Hər hansı təşkilat səlahiyyətində olduğu müraciətə əsassız imtina verir. Məhkəmə isə həmən müraciəti yenidən təşkilatın özünə qaytarır. Bununla da vaxt itkisi yaranır”.

O qeyd edib ki, məhkəmə istəməz ki, bütün işlərdə dominant mövqe tutsun. Çünki onlar əsassız işlərlə kifayət qədər yüklənmiş olurlar:

“Məmurlara aidiyyəti üzrə vəzifə səlahiyyətləri verilməlidir. Strukturdaxili mexanizm də düzgün qurulmalıdır. Təşkilatın yuxarı postundakı vəzifəli şəxs işə nəzarət etməli, müraciətlərin yerinə yetirilib sonlandırılmasını təmin etməlidir ki, məhkəməyə ehtiyac qalmasın”.  

Cavid Zahidoğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Noyabr 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see163

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri