Məhkumlar niyə iş tapa bilmir? Ədliyyə naziri səbəbi açıqladı
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Ədliyyə Nazirliyi olaraq bizim də stereotipimiz var idi ki, işəgötürənlər cəzaçəkən və yaxud cəza çəkmiş şəxslərin işə qəbuluna ehtiyatla yanaşırlar. Amma 500 işəgötürən arasında rəy sorğusu apardıq və gördük ki, bu, birmənalı belə deyil”.
“Qafqazinfo” xəbər verir ki, bunu “Report” və İTV-yə birgə müsahibəsində ədliyyə naziri Fərid Əhmədov deyib.
“Əslində, bu stereotipin müəyyən dərəcədə əsassız olduğu qənaətinə gəldik.
Təbii ki, bu, şəxsin törətdiyi cinayətdən asılı olaraq və işləmək istədiyi vəzifədən asılı olaraq dəyişə bilər. Məsələn, ehtiyatsızlıqdan törədilən cinayətlərə münasibətdə işə götürənin yanaşması daha dözümlüdür və daha az ehtiyatlanır. Amma daha ağır cinayətlər törətmiş şəxslərə münasibətdə onların davranışları təbii ki, daha ehtiyatlıdır.
Bütövlükdə belə bir stereotip və stiqmanın mövcudluğu ilə razıyam. Bunun aradan qaldırılması üçün özəl tərəfdaşları cəzaçəkmə müəssisələrinə cəlb edə bilmişik. Məhkumlarla birlikdə təlim və təcrübə prosesində iştirak etməklə, onlarla yaxından tanış olmaqla işəgötürənlərdə bu ehtiyatların, stereotip və stiqmaların aradan qaldırılmasına nail olacağımıza inanırıq. Bununla bağlı artıq müsbət təcrübələrimiz də var”, - deyə o vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 07 Oktyabr 2026 23:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















