Icma.az
close
up
RU
Məhkumların orqanlarını bağışlaması niyə QADAĞANDIR?

Məhkumların orqanlarını bağışlaması niyə QADAĞANDIR?

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu ilin ilk 6 ayı ərzində 174 transplantasiya əməliyyatı icra edilib. Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin məlumatına görə, əməliyyatlardan 47-si böyrək 30-u qaraciyər 16-sı sümük iliyi 81-i isə buynuz qişa transplantasiyasıdır.  Xidmətlərdən 21-i uşaqlara, 153-ü böyüklərə aiddir.
Azərbaycanda orqan satışı qadağandır, yəni orqanın qazanc məqsədi ilə verilməsi cinayət hesab olunur. Lakin könüllü olaraq canlı donor olmaq mümkündür. Əgər şəxs 18 yaşına çatıbsa, tam sağlamdırsa və öz razılığı ilə prosesi istəyirsə, müəyyən orqanlarını donor şəklində verə bilər.
Donor ruhi xəstədirsə, yaşı 18-dən azdırsa, fiziki məhdudiyyətlidirsə, məhkum və ya hərbi əsirdisə, resepiyent ilə arasında tabelik münasibətləri varsa, maddi və ya qeyri-maddi qazanc əldə edilirsə, bu şəxslər donor ola bilməz.
Maraqlıdır ki, məhkumların öz iradəsi ilə buna qərar verməsi niyə qadağan olunur?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Aytac Qurbanova deyib ki, konkret şərtlər ödənməklə canlı donorluğu qanun tanıyır:
“Azərbaycan qanunvericiliyinə görə, heç bir şəxs nə donor, nə də vasitəçi qismində orqan satışında iştirak edə bilməz. Bu, açıq şəkildə qadağan olunmuş və istisnaya yol verilməyən tələbdir. Bununla yanaşı, canlı donorluq hüququ qanunda tanınır, lakin yalnız ciddi və ağır şərtlərlə. Əgər şəxs 18 yaşına çatıb, sağlamdır və tam sərbəst razılığı ilə müəyyən orqanını (ən çox böyrəyini) donor olaraq vermək istəyirsə, bu mümkündür. Burada əsas ödənişsiz, könüllü və tibbi risklərin tam qiymətləndirilməsi şərtilə icazə verilməsidir. Donor və resepiyent arasında maddi və ya mənəvi asılılıq olmamalıdır.
Onun sözlərinə görə, məhkumların donor ola bilməməsi onlarla bağlı hüquqi məhdudiyyətlərdən irəli gəlir:
“Qanunvericiliyə əsasən, barəsində həbs qətimkan tədbiri seçilmiş və ya cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslər donor ola bilməzlər. Bu yanaşmanın kökündə əsas narahatlıq dayanır: belə şəxs real mənada tam sərbəst qərar verə bilərmi? Həbs şəraiti insanı azad iradə ilə seçimdən məhrum edə, daxili və xarici təzyiqlərə məruz qoya bilər. Hüquq bu sahədə ən kiçik şübhəyə belə yol vermir, çünki söhbət insanın Allah tərəfindən verilmiş orqanından imtina qərarından gedir. Belə ağır qərar yalnız psixoloji və fiziki cəhətdən tam azad, rahat və müdaxiləsiz mühitdə verilə bilər”.
Hüquqşünasın qeyd edib ki, dünya təcrübəsində də bu məsələyə ehtiyatla yanaşlılır:
“Avropa İnsan Hüquqları Konvensiyası və BMT-nin İnsan Hüquqları üzrə əsas prinsipləri zorla və ya məhdud iradə şəraitində alınan razılığın etibarsız olduğunu açıq şəkildə təsbit edir. Bir sıra ölkələrdə (məsələn, ABŞ, Almaniya, Fransa) məhbusların donor olması təzyiq riskinə görə tam qadağan edilib. Digər ölkələrdə isə müəyyən hallarda icazə verilir, amma yalnız müstəqil tibbi komissiyanın və insan hüquqları institutlarının ciddi nəzarəti altında.
Bu o deməkdir ki, Azərbaycan qanunvericiliyi beynəlxalq standartlardan geri qalmır, əksinə, daha sərt qoruyucu mexanizm tətbiq edir. Məqsəd insan orqanı ilə bağlı hər hansı məcburiyyətin, sövdələşmənin və ya riskli presedentlərin qarşısını almaqdır. Orqan donorluğu insan həyatını xilas edən fövqəladə əhəmiyyətli addımdır. Amma məhbusun donor olması məsələsində hüququn sərt mövqeyi əsaslıdır: azad olmayan şəxs azad qərar verə bilməz. Bu, həm hüquqi, həm də etik baxımdan düzgün yanaşmadır. Dünya təcrübəsi də göstərir ki, bu sahədə ən kiçik boşluq böyük sui-istifadələrə gətirib çıxara bilər”.
Günay Şahmar, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://bizim.media
archiveBu xəbər 21 Sentyabr 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see265

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see252

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see233

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see191

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see163

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see159

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see155

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see148

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see144

Cüdo Federasiyasının icraçı vitse prezidenti: “Bizim üçün əsas göstərici təkcə medal sayı deyil” MÜSAHİBƏ

19 Dekabr 2025 22:32see142

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see138

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see138

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see137

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see135

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see135

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see134

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see133

Odessanın liman infrastrukturu ballistik raketlərlə vurulub, ölənlər var

20 Dekabr 2025 08:15see131

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see129

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri