Icma.az
close
up
RU
Məhkumluq haqqında arayışın İKZF yə rəqəmsal təqdim edilməsi mümkün olub

Məhkumluq haqqında arayışın İKZF yə rəqəmsal təqdim edilməsi mümkün olub

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 27 may, AZƏRTAC

Dövlət qurumları arasında əməkdaşlıq şəraitində “mygov” platformasında rəqəmsal xidmətlərin əhatə dairəsi genişlənməkdə davam edir.

AZƏRTAC İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun birgə məlumatına əsasən xəbər verir ki, platformada yeni istifadəyə verilmiş funksionallıq vasitəsilə vətəndaşlar “mygov”dan əldə etdikləri məhkumluq haqqında arayışı İpoteka və Kredit Zəmanət Fondu ilə birbaşa rəqəmsal şəkildə paylaşa bilərlər.

Əvvəllər bu arayışı fiziki formada təqdim etmək zəruri idisə, artıq bu proses tamamilə rəqəmsallaşdırılıb. Bununla da satmaq öhdəliyi ilə kirayə mexanizmindən faydalanmaq istəyən vətəndaşların İpoteka və Kredit Zəmanət Fonduna kağız daşıyıcıda təqdim etməli olduğu sənədlərin sayı sıfıra enib. Məhkumluq haqqında elektron arayışı həm “mygov” veb portalı, həm də mobil tətbiqi vasitəsilə paylaşmaq mümkündür.

Yeni xidmət İpoteka və Kredit Zəmanət Fondu, Daxili İşlər Nazirliyi və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi arasında əməkdaşlıq çərçivəsində həyata keçirilib.

Xidmətin istifadə qaydası aşağıdakı mərhələləri əhatə edir:

- “mygov” platformasında “Xidmətlər” bölməsinə daxil olunur.

- “Məhkumluq haqqında arayış” seçilir.

- “Tarixçə” bölməsindən müvafiq arayışa keçid edilir.

- “Paylaş” funksiyası seçilir.

İpoteka və Kredit Zəmanət Fondu seçilir və arayış elektron şəkildə göndərilir.

Əgər vətəndaşın məhkumluq haqqında arayışı “mygov” platformasında mövcud deyilsə, platformadan arayışın əldə olunması üçün müraciət edə bilərlər.

Qeyd edək ki, tətbiq olunan bu kimi rəqəmsal həllər vətəndaş məmnuniyyətinin artırılması, onların vaxt və resurslarına qənaət edilməsi, eləcə də kağız sərfiyyatının azaldılması kimi məqsədlərə xidmət edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 May 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see221

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see182

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see175

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see175

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see171

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see157

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see146

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see144

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see142

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see140

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see132

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri