Məhkumun yanına gələn arvadından narkotik aşkarlanıb
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Müalicə müəssisəsinə psixotrop maddə keçirilməsinin qarşısı alınıb.
Bu barədə Bakıvaxtı.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, məhkumla uzunmüddətli görüşə gəlmiş həyat yoldaşının əşyalarına baxış keçirilən zaman əl çantasının içərisindəki pul qabında gizlədilmiş bükülüdə 0,553 qram metamfetamin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.
Bu mövzuda digər xəbərlər:Məhkumun basdırdığı qumbaralar aşkarlanıb
11 Sentyabr 2025 12:57
Məhkumun Bərdədə evində gizlətdiyi avtomat silahı aşkarlanıb
27 Yanvar 2026 12:54
Bakıda məhkumun azadlıqda olarkən basdırdığı avtomat aşkarlanıb
24 İyun 2026 16:29
Bakıda məhkumun gizlətdiyi tapança aşkarlanıb BİRGƏ ƏMƏLİYYAT
28 İyul 2026 12:19
Keçmiş məhkumun evindən külli miqdarda narkotik çıxdı
02 Dekabr 2024 11:50
Baxış sayı:157
Bu xəbər 30 Sentyabr 2025 10:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















