Mehman Əhmədli Rusiyaya YOLLANDI: “Birdəfəlik…” Yeni Çağ Media
Yenicag saytına istinadən Icma.az xəbər verir.
“Gedirik, yolumuz Rusiyayadır”.
Bunu Yenicag.az-a açıqlamasında meyxanaçı Mehman Əhmədli deyib.
Sənətçi bir qrup həmkarları ilə birgə Rusiyada meyxana konsertləri turnesinə start verəcəklərini bildirib:
“Yox, birdəfəlik getmirik. Burada görüləsi o qədər işlərimiz var ki… Kollektiv şəkildə Rusiyanın bir neçə şəhərində təşkil olunan meyxana konsertlərində çıxış edəcəyik. Mənimlə birgə həmkarlarım Ruslan, Balaəli, Akif, Nuran bərabər yola çıxacağıq. Konsertlərimiz, əsasən, Sankt-Peterburq, Moskva, Rostov, Tula şəhərlərində baş tutacaq. Çoxdan bu konsertin keçirilməsi üçün bizə müraciətlər olunurdu. Çünki Rusiyada yaşayan azərbaycanlıların meyxana sənətinə böyük maraqları var. Onlar bizim konsertlərimizi səbirsizliklə gözləyirlər”.
Cəvahir
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 06 Noyabr 2024 13:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















