Icma.az
close
up
RU
Mehmet Ak: “Qarabağ”ın qələbəsi Türkiyədə də qürurla qarşılandı”

Mehmet Ak: “Qarabağ”ın qələbəsi Türkiyədə də qürurla qarşılandı”

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Qarabağ"ın sabiq məşqçisi Mehmet Ak Apasport.az saytına müsahibə verib. 

- "Qarabağ" "Benfika" ilə matçda sensasiyaya imza atdı. Onların 0:2-dən sonra 3:2 etməsini nə ilə əlaqələndirirsiz? 
- Matçdan əvvəl isə 100 nəfərdən soruşsanız, böyük qismi "Benfika"nın qalib gələcəyini söyləyərdi. Amma futbolda bu cür söhbətlər o qədər də önəmli deyil. "Qarabağ" hətta böyük hesabla da qazana bilərdi. Böyük ehtimalla "Benfika"nın oyunçularında arxayınlaşma baş verdi. Hətta qollar buraxdıqdan sonra "necə oldu ki, belə qollar buraxdıq" kimi, bir-birilərinə baxırdılar. "Qarabağ" ciddi anlamda çox yaxşı futbol oynadı. 0:2-dən sonra bu səviyyədə olan turnirdə 3:2 etmək böyük işdir. Azərbaycan futbolu və klub üçün önəmli qələbədir. "Qarabağ" da ÇL-də qruplarda ilk qələbəsini qazandı. "Benfika" üçün gözlənilməz matç oldu. 

- "Benfika" ilə görüşdə "Qarabağ"ın həlledici oyunçular kim oldu? 
- Mənə görə matçın oyunçusu Kamilo Duran idi. Çox yaxşı oynadı. Bir qol vurdu, bir məhsuldar ötürmə etdi. Bu səviyyələrdə bir qol və bir assitlə oynamaq, çox önəmlidir. Rəqibiniz " Benfika"dır, həm müdafiədə, həm hücumda, həm də keçidlərdə çox təsiredici futbol oynayır. Onsuzda "Benfika"nı "Fənərbaxça" ilə matçlardan çox yaxşı tanıyırıq. Əslində, o matçlarda "Fənərbaxça" keçməli idi. Portuqaliyalılar əvvəlki gücündə olmasa da, heyəti ilə bu səviyyədə olan komandalardan biridir. 

- "Qarabağ" forvard transferi etmədiyi üçün çox tənqidə məruz qaldı. Amma Kamilo Duran forvard kimi xeyir verə bildi... 
3. Dünya futbolunda da hücumda dominant forvardı olan komanda sayı getdikcə azalır. Türkiyə millisi də 4-6-0 sxemi ilə oynayır. Daha çox 10 nömrə və cinah oyunçuları ilə hücumlar edirlər. "Qarabağ" da cinah futbolçusunu orada oynadaraq problemi aradan qaldırdı. Məncə, Duran yaxşı da oyun oynadı. Qarşıdakı vaxtlarda dominant hücumçuya ehtiyac olub-olmadığını oyunlarda görəcəyik. "Benfika" "Qarabağ"a qarşı meydanda heç bir rekasiya göstərə bilmədi. Belə olan halda, hücumçu ilə də oynasanız, hücumçusuz da oynasanız, oyunun gedişatında rəqibo fiziki təmasla oynamaması, futbolçularınızın da cəld olduğunu düşünsək, üstünlüyünüzdür. 

- "Qarabağ"ın sonrakı matçlarda da qazanmağa davam edə biləcəyini düşünürsüz? Qarşıdakı görüş "Kopenhagen"ə qarşıdır... 
- Futbolda hər görüşün öz xüsusiliyi və hekayəsi var. Bu səviyyə çox yüksəkdədir. Hər görüşün çətinliyi var. "Kopenhagen" bir oyunda 130-140 kilometr qaça bilən komandadır. Fiziki sarıdan yaxşı, sərt komandadır. "Qarabağ"ın da fiziki tərəfdən də əsl gücünü görməsi üçün önəmli görüşdür. "Benfika" qələbəsi ilə "Qarabağ" dünya futbolunda adından söz etdirmiş oldu. 

- Türkiyədə "Qarabağ"ın "Benfika" üzərində qələbəsi çox müzakirə edildi. "Qarabağ"ın "Fənərbaxça"nın pley-off mərhələsində keçə bilmədiyi rəqibi udması rəğbətlə qarşılandı.. 
- "Qarabağ" Türkiyədə də izlənilən komandadır. Qurban Qurbanov komandaya gəldiyi ilk vaxtlarda onunla bərabər işləmişik. Daha öncə də, mənimlə Rasim Karanın çalışdığı komandadır. Bildiyimiz və Türkiyədə izlənilən klubdur. Klub keçmişdən bu günə qədər doğru işlər etdi. Daha yaxşı ola bilər, növbəti görüşlərdə necə olacağını görəcəyik. "Benfika"da da baş məşqçi dəyişikliyi olacaq. Matçdan sonra fanatların bunu tələb edəcəyi bəlli idi. "Qarabağ" Türkiyədə sevilən komandadır. Hamı onların uğuru ilə qürur duyur. Bundan sonrakı görüşlərdə də onlara uğurlar arzulayırıq.

I Liqa: “Səbail” və “Şəfa”dan qələbə AFFA-dan region klublarına cərimələr “İmişli” AFFA-nın qərarından şikayət verəcək “Sumqayıt”dan transfer bombası: RAZILIQ ƏLDƏ OLUNDU Millimiz iki pillə gerilədi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://apasport.az
archiveBu xəbər 18 Sentyabr 2025 23:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see661

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see282

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see260

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see247

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see223

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see218

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see204

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see189

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see188

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see174

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see168

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see160

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see159

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see155

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see151

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see147

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see146

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see145

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see144

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri