Mehmet Güllüoğlu: Azərbaycan hər zaman TDT nin birləşdirici ölkələrindən biri olduğunu nümayiş etdirir
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 24 noyabr, Aytac Haqverdiyeva, AZƏRTAC
Türk Dövlətləri Təşkilatı son dövrlər vacibliyi getdikcə artan və güclənən təşkilat kimi diqqət çəkir. Təşkilatın bütün üzvləri, o cümlədən Azərbaycan onun çox önəmli və ayrılmaz bir parçasıdır. Azərbaycan hər zaman təşkilatın birləşdirici ölkələrindən biri olduğunu nümayiş etdirir.
Bunu AZƏRTAC-a məxsusi müsahibəsində Türkiyənin “Yaşılay” Təşkilatının Baş katibinin müavini Mehmet Güllüoğlu deyib.
O qeyd edib ki, qardaşlığımızı elmdən ticarətə, vətəndaş cəmiyyətlərindən dövlət qurumlarına, idmandan imcəsənətə qədər müxtəlif sahələrdə dəstəkləyə və dərinləşdirə bilərik.
“Zəngəzur dəhlizinin açılması Türkiyə və Azərbaycanla yanaşı, bütün dünya üçün böyük əhəmiyyət kəsb edir. Bunun nəticəsində biz artıq fiziki olaraq da bir-birimizə bağlanacayıq. Bu, həm ticarət, həm də insanların sərbəst hərəkəti baxımından çox böyük üstünlük yaradır. Lakin qeyd etmək istəyirəm ki, sadəcə yolun açılması kifayət deyil. Bu imkanlardan səmərəli istifadə etmək vacibdir. Yalnız bu dəhlizdən fəal şəkildə keçərək və əməkdaşlıq imkanlarını reallaşdıraraq onun mənasını tam dərəcədə hiss edə bilərik. Bu dəhlizin açılması həm bölgədə iqtisadi əməkdaşlığı, həm də xalqlarımız arasındakı əlaqələri gücləndirəcək əhəmiyyətli addımdır”, - deyə Mehmet Güllüoğlu vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 24 Noyabr 2025 17:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















