Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Mehriban Ələkbərzadə bu paylaşımla özünü yandırdı

Mehriban Ələkbərzadə bu paylaşımla özünü yandırdı

Icma.az, News24 portalına istinadən məlumat verir.

20 Yanvar şəhidinin qızı, əməkdar artist Məsmə Aslanqızının Azərbaycan Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə ilə bağlı iddialarına ikinci cavab verib.

Mehriban Ələkbərzadə sosial şəbəkə hesabından qalmaqalın səbəbini və dolayısı ilə şərləndiyini ifadə edib.

Doğrusu, Mehriban xanım haqda “şəhidlərə biganə”, “qeyri-vətənpərvər” iddiası inandırıcı deyil və onun yaradıcılığına az-çox bələd olanlar bu ittihamların həqiqəti əks etdirdiyinə əvvəldən şübhə edirdilər. Məsələ isə bu deyil!

Məsələ Mehriban Ələkbərzadənin sosial şəbəkə hesabından verdiyi cavabın dil-üslub xüsusiyyətləri, qrammatikası, ifadə tərzidir!

Əvvəlcə Mehriban Ələkbərzadənin cavab statusunu olduğu kimi təqdim edək:

“Əziz dostlar,həmkarlar! Əslində “sözünü o kəslərə de ki,onlar səni anlasınlar” deyə yola çıxıram. Demək ondan başlayaq ki, sosial şəbəkələrdə və saytlarda mənim ünvanıma arzuolunmaz YAZIlar başlayıb. Məsələyə aydınlıq gətirmək məcburiyyətindəyəm, yoxsa onların bu həqiqətə uyğun olmayan sözlərinə inananlar da ola bilər.

Demək...mütamadi olaraq teatrda sözü olan, istəyi yaxud xüsusi xahişi olan aktyorlar rəhbərliyə müraciət edirlər. Arzusunu bildirir,bu normaldır. Belə bir vəziyyət Məsmə Aslanqızı ilə də oldu. Qəbuluma gələrək bildirdi ki, çox çətin vəziyyətdədir. Evi müsadire ile elinden çıxıb. ( bu mövzu şehid ailesine yaraşmayan emelin neticesidir- deye açıqlamıram) İndi sizden EV isteyirem! Teatr məni Evlə təmin etməlidir. Mən anlatdım ki,mənim ev verə bilmək səlahiyyətim yoxdur. O zaman o 20 yanvar şəhidinin qızı kimi mənə Ev verdirin. Teatr bu məsələni-siz bu məsələni həll etməlisiniz!” deye tekid etdi.Bütün deyilənlərə bir daha münasibət bildirərək...yenə də bəyan etdim və edirəm ki, hətta 20 yanvar Şəhidinin qızı olsa belə, mən Teatrın Bədii rəhbəri kimi EV məsələsini həll edə bilmirəm. EV məsələsini başqa qurumlar həll edir. Biz də məhz şəhid qızı olduğu üçün onu Prezident mükafatı siyahısına salmışıq. Bir dəstək kimi. Amma bu ona yetərli deyil deyə... bax belə həqiqətə uyğun olmayan və təhqirdən çəkinməyən ifadələr işlədir.

O ki qaldi, mənim vətəndaşlıq mövqeyimə... Az-çox mənim yaradıcılığımla tanış olan, məni tanıyan hər kəs bilir ki...mən milli-mənəvi dəyərlərimiz naminə maarifçilik işlərinin, Böyük zəfərimiz naminə “Qələbəyə qədər davamı var”- silsilə hərbi vətənpərvərlik mövzusunda müəllif proqramlarının yaradıcısıyam. Mənim yetərincə məhz Vətənpərvərlik ruhuna xidmət edən fəaliyyətim var ki, onlar bizim ərazi bütövlüyümüz uğrunda savaşlardan, Vətən yolunda Şəhid olan insanlardan bəhs edirdi.

Ən azı...mənim sözlərimin izahı üçün arxivlər var! Mənim Azərbaycan xalqının qəhrəmanlıq tarixi, Azərbaycan xalqının qəhrəmanlıq mübarizəsinə həsr edilmiş, bu yolda canını və qanını fəda etmiş insanların xatirəsinə ithaf edilmiş 50 dən çox müəllif filmlərim və araşdırmalarım var. HEÇ KİM MƏNİM VƏTƏNDAŞLIQ MÖVQEYİMƏ ləkə gətirə bilməz. Çünki buna əsas və fakt yoxdur”.

Mehriban xanımın bu yazdıqlarına və onların həqiqəti ifadə etməsinə heç bir şübhə etmədən, keçək mabədə:

Mehriban Ələkbərzadə - Azərbaycan televiziya, teatr və kino rejissoru, ssenari müəllifi, film direktoru, televiziya aparıcısıdır, Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi (2003), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2013), Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı (2024). Yuğ Teatrının baş rejissoru (2017–2022), Gənc Tamaşaçılar Teatrının baş rejissoru (2022–2023), Akademik Milli Dram Teatrının bədii rəhbəri (2023-cü ildən)...

Kifayət qədər parlaq karyerası var və doğrusu, Mehriban Ələkbərzadə istedadlı, qabiliyyətli insandır, özünü realizə etməyi bacarıb, ziyalıdır...

Amma ziyalı hər şeydən öncə dilinə-üslubuna diqqət etməlidir – fərqi yoxdur, o, məqalə yazır, yoxsa status, şərh...

Ziyalı istənilən yazısına diqqətli olmalıdır, dili, dilin qaydalarını qorumalıdır, hər yazısında qarşında bir aydın, parlaq bir sima olduğunu hiss etməlisən. “Statusdur, nə olacaq ki” kimi eybəcər yanaşma tərzinin doğurduğu pintiliyin dil qaydalarına necə zərbə vurduğunu da Mehriban Ələkbərzadə hamıdan daha gözəl bilməlidir.

Mehriban xanım, “sözünü o kəslərə de ki, onlar səni anlasınlar” sitatı mövcud deyil; Əgər söhbət Mirzə Cəlilin məşhur ifadəsindən gedirsə, o, “Sözünü o kəslərə de ki, sənə qulaq vermirlər” deyib! Yox, bu, sizin təklif etdiyiniz yanaşmadırsa... Bax, sitatı və cümləni doğru qurmaq lazımdır ki, “ya, ya da” olmasın, konkret nəyi hədəflədiyinizi izah etmək üçün statusunuzu oxuyan hər kəsə zəng edib, nəyisə izah etməyə ehtiyac qalmasın!

Statusda “ə” əvəzinə bir neçə cümlədə “e” hərfindən istifadə edilir. Dilə tam bir həqarətdir - əvvəla ona görə ki, “ə” hərfi Mehriban xanımın bu statusu yazdığı avadanlıqda – kompüter, planşet, telefon – var, çünki işlənib o hərf. Hətta “ə” hərfini “e” ilə yazıb, bunu istifadə etdiyi avadanlıqda “ə” hərfinin olmaması ilə əsaslandırmaq da dilə xəyanətdir. Bütün texniki avadanlıqlar üçün əlifbamızın elektron variantı yaradılıb, zəhmət çəkin, o əlifbanı istifadə etdiyiniz avadanlığa endirin – ziyalı olmağın məsuliyyəti bunu tələb edir.

Amma dediyimiz kimi, “ə” hərfi Mehriban xanımın istifadə etdiyi avadanlıqda mövcuddur, əks halda o, mətnin böyük hissəsində bu hərfdən istifadə edə bilməzdi. Özü demiş, “demək”, dilə qarşı məsuliyyətsizlik, laqeydlik, biganəlik göstərib.

“20 Yanvar” sözünü kiçik, “şəhid”, “vətənpərvərlik” sözünü böyük yazmaq, “o ki qaldı” ifadəsindən sonra vergül qoymaq, vəzifə adının yazılış qaydasını bilməmək, sözləri bir-birinə bitişdirmək, durğu işarələrindən yerində istifadə etməmək və s. və i.a. isə artıq dilə laqeydlik deyil, savadsızlıqdır. Bir ssenaristə, rejissora, əməkdar incəsənət xadiminə, bədii rəhbərə yaraşmaz.

Mənim anlamımda bir ziyalının vətənpərvərliyi, milliliyi ilk növbədə ana dilinə münasibətindən başlayır. İnanmaq istərdim ki, Mehriban Ələkbərzadə dilə biganə yanaşmaqla özünün ictimai-sosial statusuna xələl gətirməkdən əl çəkəcək./kult.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:207
embedMənbə:https://news24.az
archiveBu xəbər 07 Aprel 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see580

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see332

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see265

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see256

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see248

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see242

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see235

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see232

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see227

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see226

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see214

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see213

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see206

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see205

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see203

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see201

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see196

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see196

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see196

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri