Icma.az
close
up
RU
Menu

MDB Oyunlarının MƏKANLARI və TƏQVİMİ FOTO

Lənkəranda sahilboyu ərazilər tullantılardan təmizlənib

Nazir Vilayət Eyvazov Tovuzda vətəndaş qəbulu və sıra baxışı keçirəcək FOTO

İlham Əliyev Cao Lıci ilə görüşüb Müzakirə + FOTOLAR

Nazim Bəydəmirli səhətində problem yaranıb Ombudsmana MÜRACİƏT

ABŞ a qarşı sanksiya planı: Avropa geri çəkilmir

Zəlzələ zamanı Boğazdakı aktivlik kameralara əks olunub

Uzunömürlülük genləri: Kimlərin 100 yaşına qədər yaşamaq şansı var?

Makronun məxfi Azərbaycan planı Parisdə hazırlanan ssenaridə ŞOK DETAL

Avstraliyada helikopterlərdən açılan atəşlə 700 dən çox koala məhv edildi

İstilik təchizatı sektorunda təhlükəsizliyə dair tələblər müəyyənləşir

Reşford Çempionlar Liqasında çıxış edən komandada oynamaq istəyir Aston Villa qərarsızdır

Bu vəzifə ondan MDB üzvlərinə münasibətdə balansı pozmamağı diktə edir

Ağadadaş Salyanski “Neftçi”dən ayrılır yeni komandası bəlli oldu!

Astara Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var XİN RƏSMİSİ

Minsk dəmir yolu vağzalında robot aptek quraşdırılıb...

Bakıda “Almatı prosesi”nin III Nazirlər Konfransı keçirilir YENİLƏNİB

BDU da “Liderlik nədir? yeni nəsil yanaşma” mövzusunda tədbir keçirilib

Şərurda quyudan meyiti tapılan 75 yaşlı qadının qətlə yetirildiyi məlum olub, saxlanılan var FOTO YENİLƏNİB

Dayanıqlı İnkişaf Məqsədləri və problemlər

Mehriban Əliyeva COP29da birinci xanımların iştirakı ilə keçirilən konfransda ÇIXIŞ EDİB

Mehriban Əliyeva COP29da birinci xanımların iştirakı ilə keçirilən konfransda ÇIXIŞ EDİB

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Yaşıl Zonada “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda konfrans təşkil olunub.
Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva konfransda çıxış edib:
“Hörmətli Birinci xanımlar.
Hörmətli qonaqlar.
Əziz gənc iştirakçılar.
Xanımlar və cənablar.

Əvvəlcə, Sizi Azərbaycanda salamlamaq, sizin hamınıza möhkəm cansağlığı arzulamaq və COP29-da təmsil etdiyiniz ölkələrə sülh və əmin-amanlıq diləmək istərdim.
“Gənclər iqlim fəaliyyətinin ön cərgəsində” panelimizin elə adının özündən məqsəd bəllidir. Son tədqiqatlara görə, dünya gənclərinin 60 faizdən çoxu iqlim dəyişmələrini təxirəsalınmaz məsələ hesab edir.
Ümid edirəm ki, COP29 çərçivəsində əməkdaşlıq, təcrübə mübadiləsi, gənc nəsil tərəfindən birgə layihələrin müəyyənləşdirilməsi üçün platformanı yaratmaq imkanımız olacaq.
Mən COP29-da iştirak edən və qayğı ilə yanaşan bütün gəncləri, ekofəalları, gənclər təşkilatlarının bütün nümayəndələrini salamlayıram. Mən Sıfır Atık Fondunun yaradılmasında təşəbbüs göstərmiş və ətraf mühitin, eləcə də mədəni irsin qorunmasına yönələn layihələrə şəxsən töhfə vermiş Türkiyə Respublikasının birinci xanımına təşəkkürümü bildirirəm.
2024-2030-cu illərə aid iqlim gündəliyində uşaqların və gənclərin iştirakını, o cümlədən dayanıqlı inkişafı təşviq etmək məqsədilə ötən il Mərkəzi Asiya Strategiyasının qəbul edilməsi ilə nəticələnən təşəbbüsünə görə Özbəkistanın səylərini yüksək dəyərləndirirəm.
Mən bu cür mühüm mərama şəxsən himayədarlıq etmiş Özbəkistanın birinci xanımı Ziroatxon Mirziyoyevaya təşəkkürümü bildirmək istərdim.
Mən ətraf mühit gündəliyi barədə maarifləndirmənin artırılmasında, həmin gündəliyə gənclərin qoşulmasında oynadığı fəal rola və iştirakına görə Qırğızıstanın birinci xanımına minnətdaram.
Əziz dostlar, COP29 ölkəsi seçilmək bizim üçün böyük şərəfdir. Biz fərəhlənirik ki, Cənubi Qafqazda, Mərkəzi Asiyada və daha geniş regionda ilk COP konfransı məhz Azərbaycanda keçirilir.
Dünya biosferin çirklənməsi, içməli suyun qıtlığı, tez-tez baş verən quraqlıq və ərzaq təhlükəsizliyində artan risklər kimi ciddi ətraf mühit çağırışları ilə üz-üzədir. Bizim ölkəmiz də istisna deyil. Biz çay sularının, Xəzər dənizinin səviyyəsinin azalmasını müşahidə edirik və su qıtlığı təhlükəsi ilə üzləşirik.
Mən qeyd etmək istərdim k, qlobal istixana tullantılarının 0,1 faizi Azərbaycanın payına düşür. Biz havaya tullantıların azaldılması və təmiz enerjiyə keçidin həyata keçirilməsi kimi milli hədəflərimizə doğru gedirik. 
Bərpaolunan enerji sahəsində əldə edilən nailiyyələtlərin cari tempi ilə, biz 2027-ci ilə qədər quraşdırılan güclərimizin 32 faizə çatacağını, 2030-cu ilə qədər 30 faizlik azalma kimi ilkin hədəfə üç il əvvəl nail olacağımızı gözləyirik.
Biz, həmçinin Ermənistanın işğalından azad olunmuş Qarabağ və Şərqi Zəngəzur regionlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında 2050-ci ilə qədər “xalis sıfır atılmalar zonası”nın yaradılmasına diqqət yetiririk. Əsasən Günəş və külək enerji layihələri ilə bağlı artıq fəal iş aparılır. Yaşıl enerjinin istehsalı və ixracı Azərbaycanın enerji strategiyasında prioritet təşkil edir.
Uzun müddətdir ki, iqlim fəaliyyəti beynəlxalq arenada ən vacib və prioritet məsələlərdən biridir. Atılmış addımlara baxmayaraq, bəşəriyyətin üzləşdiyi çağırışlar və təhdidlər günbəgün daha da ciddiləşir. Bunu nəzərə alaraq, qlobal məsələlərin həllində tətbiq olunan yanaşma və üsullara yenidən baxılması vaxtı yetişib. Bu gün, mən açıq və düzgün qeyd olunmalı digər mühüm mövzuya toxunmaq istəyirəm: riyakarlıq və ikili standartlar beynəlxalq ətraf mühit gündəliyində aydın görünür.
COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycan ətraf mühit məsələlərindən xeyli uzaq olan mülahizələr hesabına ədalətsiz hücum dalğası, yalan hekayətlər və ikili standartlar ilə üzləşib.
Azərbaycan COP29-a ev sahibliyi etmək öhdəliyini üzərinə götürməklə, Qlobal Cənub və Qlobal Şimal, eləcə də inkişaf etmiş və inkişaf edən ölkələr arasında körpülər salmağa çalışır.
Məqsədimiz bu məsələnin həllinə verdiyimiz töhfəni ortaq gələcəyə verəcəyimiz töhfəyə çevirməkdən ibarətdir.
Bununla belə, bəzi hallarda dəstək vermək və konstruktiv dialoq aparmaq əvəzinə, biz çoxsaylı qərb mətbuatında böhtan və qarayaxma kampaniyalarının hədəfinə çevrilmişik. Məlumdur ki, həmin media əvvəlcədən cızılmış ssenariyə uyğun getməyən və ya qoyulmuş qaydalarla oynamayan, müstəqil siyasət yürüdən və öz milli maraqlarını qoruyan ölkələri gözdən salmaq üçün alətə çevrilib. Müəyyən ölkələrin təsiri altında olan bəzi iri media platformaları əmr ilə Azərbaycan haqqında mənfi hekayətləri yaymağa başlayırlar.
Əslində, bəs bunun arxasında dayanan nədir? Bu cür çirkin kampaniyanın sponsorları hansı məqsədləri güdürlər? Əslində, biz cavabı bilirik.
Vətəndaşlarımızın öz ölkəsini beynəlxalq səhnədə ədalətli və düzgün şəkildə təmsil etmək hüquqları var. Onların Azərbaycanın müstəqil mövqeyini təhdid kimi görən dairələrin təzyiqinin və manipulyasiyanın qurbanına çevrilməmək hüququ var.
Nailiyyətlərimiz və işimiz bəzi dövlətlərin geosiyasi maraqları uğrunda səhv təsvirə deyil, hörmətə layiqdir.
Riyakarlıq, həmçinin müxtəlif ölkələr tərəfindən öz iqlim öhdəliklərinə necə yanaşmasında özünü büruzə verir.
Əsrlər boyu çirklənmənin əsas mənbəyi və sərvətlərin məsuliyyətsiz istehlakçısı olmuş inkişaf etmiş ölkələr hazırda sərt hakim rolunda çıxış edir. Onlar hamı üçün sərt məhdudiyyətləri təşviq edir və eyni zamanda, öz siyasətində iddialı məqsədlərini güdür, öz maraqları uğrunda işini davam etdirir. Onlar digər ölkələrdən transformasiyanı tələb edir, lakin bununla belə, maliyyə və ya texnoloji baxımdan yardım etməyə tələsmirlər.
Azərbaycan manipulyasiya və təzyiq deyil, səmərəli fəaliyyət, real həll variantları və ədalətli əməkdaşlığı arzulayan ölkədir.
Biz platformamızdan elə istifadə etmək istəyirik ki, qlobal koalisiya yaransın və orada hər ölkənin - böyük və ya kiçik, inkişaf etmiş və ya inkişaf edən ölkənin mövqeyi, haqqı ədalətli şəkildə qəbul edilsin.
Yalan hekayətlər və riyakarlıq nəinki reallığı səhv göstərir, o cümlədən ədalət və düzgünlük, ləyaqət və məsuliyyət kimi fundamental konsepsiyaları sual altına qoyur.
Səhv informasiyanın yayılmasında, ölkələrə qarşı qarayaxma kampaniyaların aparılmasında mediadan istifadə həmin ölkələrə o qədər zərər vurmur, nəyinki mənəvi dəyərlərin mahiyyətini dəyərsizləşdirir, etimadı zəiflədir və parçalanma yaradır.
Mən bütün iştirakçılara üz tutaraq istəyirəm onlar yadda saxlasınlar ki, COP29 siyasi hücumlar arenası deyil. O, iqlim böhranı qarşısında hamımızın birləşdiyi məkandır.
Yalnız ədalətli əməkdaşlıq və real tədbirlərə hazırlıq bizi uğura aparacaq.
Əziz dostlar, yekun olaraq, mən növbəti konfransların təşkilinə gəldikdə təkliflə çıxış etmək istərdim. Təklif edirəm ki, gələcəkdə konfransların onlayn formatda keçirilməsi imkanı araşdırılsın. Bu yanaşma nəinki ciddi şəkildə vəsaitlərə qənaət edəcək, o cümlədən uçuşlar və böyük tədbirlər nəticəsində yaranan atılmaları, həmçinin ətraf mühitə təsiri azaldacaq.
İşçi qruplar təfərrüatlı müzakirələr və əlaqələndirmə üçün şəxsən görüşə bilərlər. Lakin rəhbərlərin sammitləri videokonfrans formasında keçirilə bilər.
Bu, bizə resursları, səyləri və vaxtı hədəflənmiş məsələlərə yönəltmək imkanı yaradacaq və prosesi ətraf mühit baxımından daha uyğun edəcək.
Diqqətinizə görə minnətdaram”.
Qeyd edək ki, konfransda Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva, Qırğız Respublikasının birinci xanımı Aygül Japarova, Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd Əl-Malik, Birləşmiş Millətlər Təşkilatının Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molçan, BMT-nin Uşaq Fondunun (UNICEF) Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Regina De Dominikis iştirak ediblər.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://bizim.media
archiveBu xəbər 12 Noyabr 2024 21:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MDB Oyunlarının MƏKANLARI və TƏQVİMİ FOTO

23 Aprel 2025 12:07see152

Lənkəranda sahilboyu ərazilər tullantılardan təmizlənib

23 Aprel 2025 14:44see126

Nazir Vilayət Eyvazov Tovuzda vətəndaş qəbulu və sıra baxışı keçirəcək FOTO

23 Aprel 2025 10:53see125

İlham Əliyev Cao Lıci ilə görüşüb Müzakirə + FOTOLAR

23 Aprel 2025 18:43see122

Nazim Bəydəmirli səhətində problem yaranıb Ombudsmana MÜRACİƏT

24 Aprel 2025 15:01see121

ABŞ a qarşı sanksiya planı: Avropa geri çəkilmir

23 Aprel 2025 22:22see118

Zəlzələ zamanı Boğazdakı aktivlik kameralara əks olunub

23 Aprel 2025 23:53see117

Uzunömürlülük genləri: Kimlərin 100 yaşına qədər yaşamaq şansı var?

24 Aprel 2025 05:19see116

Makronun məxfi Azərbaycan planı Parisdə hazırlanan ssenaridə ŞOK DETAL

23 Aprel 2025 07:04see115

Avstraliyada helikopterlərdən açılan atəşlə 700 dən çox koala məhv edildi

23 Aprel 2025 21:45see115

İstilik təchizatı sektorunda təhlükəsizliyə dair tələblər müəyyənləşir

23 Aprel 2025 14:05see115

Reşford Çempionlar Liqasında çıxış edən komandada oynamaq istəyir Aston Villa qərarsızdır

23 Aprel 2025 23:49see115

Bu vəzifə ondan MDB üzvlərinə münasibətdə balansı pozmamağı diktə edir

23 Aprel 2025 20:43see114

Ağadadaş Salyanski “Neftçi”dən ayrılır yeni komandası bəlli oldu!

24 Aprel 2025 01:04see113

Astara Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var XİN RƏSMİSİ

24 Aprel 2025 11:19see113

Minsk dəmir yolu vağzalında robot aptek quraşdırılıb...

23 Aprel 2025 21:55see112

Bakıda “Almatı prosesi”nin III Nazirlər Konfransı keçirilir YENİLƏNİB

24 Aprel 2025 14:57see111

BDU da “Liderlik nədir? yeni nəsil yanaşma” mövzusunda tədbir keçirilib

24 Aprel 2025 18:14see111

Şərurda quyudan meyiti tapılan 75 yaşlı qadının qətlə yetirildiyi məlum olub, saxlanılan var FOTO YENİLƏNİB

23 Aprel 2025 10:51see110

Dayanıqlı İnkişaf Məqsədləri və problemlər

23 Aprel 2025 23:30see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri