Mehriban Əliyeva milli siyasi elitamızın qadın obrazıdır
Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
2017-ci il fevralın 21-də Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci Vitse-Prezidenti vəzifəsinə təyin olunması ölkəmizin ictimai-siyasi və ən yeni tarixində ən mühüm və əlamətdar hadisə oldu.
Mehriban xanım qısa müddət ərzində Cənab Prezident İlham Əliyevin yazdığı uğur salnaməsinə öz zəngin dəst-xəttini əlavə edərək Azərbaycanın möhtəşəm quruculuğuna əvəzolunmaz töhfələrini verdi.
Birinci Vitse-Prezident bu şərəfli və məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gələrək 2 illik fəaliyyəti dövründə həm Prezident İlham Əliyevin, həm də Xalqın yüksək etimadını qazanıb. O ötən dövr ərzində yeni-yeni uğurlara və nailiyyətlərə imza ataraq vəzifəsinin, dövlətin və dövlət başçısının Ucalığını təmin edib.
Mehriban Əliyeva böyük ictimai-siyasi xadim kimi milli-siyasi elitamızın zəngin simalarındandır. Azərbaycanın Birinci xanımı milli-siyasi elitamızın qadın obrazıdır. Bütün ruhi rahatlığı insanların xoş əhval-ruhiyyəsində tapan, yalnız sosial-istiqamət fəaliyyəti ilə deyil, həm də xoş ünsiyyəti, təvazökarlığı, xeyirxahlığı ilə seçilən Mehriban xanım Əliyevanın həyatda tutduğu yol – neçə-neçə nəslə uğurlu fəaliyyətin sirlərini öyrətmək, mənəviyyatımızın saflığını, zənginliyini qorumaq yoludur.
Azərbaycanın Birinci Vitse-prezidenti həm də cəmiyyətdə xeyirxahlıq, insanpərvərlik örnəyidir. Onun humanizminin və xeyirxahlığını əhatə dairəsi təkcə Azərbaycanla məhdudlaşmır, Mehriban xanımın siması həm də dünyanın müxtəlif yerlərində xeyirxahlıqda və insana olan səmimi qayğıda Birinci yerdə dayanır.
Mehriban Əliyeva sülh carçısıdır. Beynəlxalq ictimaiyyət Onu insanlar arasında ayrı-seçkiliyin aradan qaldırılması, sivilizasiyalararası dialoqun möhkəmlənməsi, maddi və mənəvi dəyərlərin hamisi, zor və təhdidlərə qarşı mübarizliyin obrazı kimi tanıyır.
Mehriban xanım Ermənistanın terrorizm siyasəti sayəsində Azərbaycan xalqının yaşadığı faciənin, Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılmasında fədakar əməyi ilə də milyonlara nümunədir.
Vaqif Abdullayev, siyasi elmlər doktoru. professor
Bu mövzuda digər xəbərlər:Mehriban Əliyeva paylaşım edib
24 Dekabr 2024 00:05
Mehriban Əliyeva paylaşım etdi
26 İyun 2025 09:18
Baxış sayı:125
Bu xəbər 21 Fevral 2025 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















