Icma.az
close
up
RU
Mehriban Xanlarova buna görə bacısı qızından imtina edibmiş

Mehriban Xanlarova buna görə bacısı qızından imtina edibmiş

Icma.az bildirir, Axsham.az portalına istinadən.

Əməkdar artist Mehriban Xanlarova övladlığa götürdüyü bacısı qızı Ayseldən imtina etməsinin səbəbini açıqlayıb.

Axşam.az xəbər verir ki, aktrisa bacısı qızının müğənnilik sevdasına düşdüyünü bildirib. O qeyd edib ki, məhz buna görə ondan üz döndərib:

"Bildiyiniz kimi, 06.12.2024 tarixində milyonların qarşısında 35 il ərzində həm özünə, həm də altı övladına maddi və mənəvi analıq etdiyim bacım qızından imtina etdiyimi və məsuliyyət daşımadığımı ictimaiyyətə bəyan etmişdim. Həmin vaxt qeyd etmişdim ki, bu addımı atmağımın müxtəlif və ciddi səbəbləri var. Bu səbəblərdən biri də ondan ibarətdir ki, altı övlad anası olan həmin şəxs, səsi və istedadı olmadığı halda, müğənnilik adı altında televiziya kanallarına çıxaraq, nüfuzuma xələl gətirmək niyyətindədir. 

Müğənnilik etmək ayıb deyil! Ayıb olan odur ki, altı övlad anası evdə uşaqlarını böyüdüb tərbiyə vermək əvəzinə, səsi və istedadı olmamasına baxmayaraq efir gəzərək özünü müğənni kimi təqdim etməyə çalışır. Onun müğənnilik fəaliyyəti üçün nə təhsili, nə səsi, nə də istedadı var. Əgər bu keyfiyyətlərə malik olsaydı, mən onu sənət yoluna yönəldər və dəstək olardım. Necə ki, illər ərzində bir çox istedadlı gənclərə bu dəstəyi göstərmişəm".

Xanlarova bacısı qızını verilişə çağıran aparıcılara səslənib:

"Buradan bütün televiziya kanallarına və aparıcılara müraciət edirəm: Reytinq qazanmaq məqsədilə həmin şəxsi efirə dəvət edib təqdim edərkən, onun olduğu yerdə mənim adımı çəkməyiniz qəti qadağandır! Əks təqdirdə, qanun qarşısında cavab verəcəksiniz! Çünki mən həmin şəxsdən imtina etmişəm.

Bu məsələdə mənə dost deyən hər kəsin davranışını da qiymətləndirəcəyəm. Məni dost adlandıran insanlar, həmin şəxsi proqramlarına dəvət etməsinlər. Çünki mən istədadsız və səsi olmayan, altı övlad anasının müğənnilik fəaliyyətini qəbul etmirəm. Belə bir şəxsi ön plana çıxarmaq və təbliğ etmək, xüsusilə övladlarına qarşı məsuliyyətsiz davranışını nəzərə alaraq, gənclər üçün yanlış nümunə yaratmış olacaqsınız...

Bunu da xüsusi olaraq vurğulamaq istəyirəm ki, müasir texnologiyaların imkanları ilə qarğa səsini belə, bülbül səsinə çevirmək mümkündür. Lakin həqiqi səs və istedad kompüter proqramları ilə deyil, canlı ifa ilə sübut olunur. Ona görə də, onun səsinin və istedadının gerçəkliyini öyrənmək istəyirsinizsə, canlı oxutdurun. O zaman hər kəs onun sənət iddiasının hansı səviyyədə olduğunu aydın şəkildə görəcək".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://axsam.az
archiveBu xəbər 31 Oktyabr 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see499

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see226

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see212

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see204

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see202

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see196

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see192

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see192

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see186

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see180

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see176

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see170

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see166

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see158

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see152

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see151

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see148

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see146

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see138

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri