“Mehrunun dönəri” BAĞLANDI
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
Naxçıvanda iki dönərxananın fəaliyyəti məhdudlaşdırılıb.
Redaktor.az xəbər verir ki, bu barədə Naxçıvan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, Naxçıvan şəhəri, Əlincə məhəlləsi, bina 2D, ev 1 ünvanında fəaliyyət göstərən Kamran Şəmil oğlu Məhərrəmova məxsus “Mehrunun dönəri” dönərxanasında ötən günlərdə hazırlanmış və artıq istehlak üçün yararsız hesab edilən bişmiş dönər növbəti gün istehlakçılara təqdim olunub.
Bundan başqa, Naxçıvan şəhəri, İstiqlal küçəsində fəaliyyət göstərən Qadir Qabil oğlu Musayevə məxsus dönərxanada isə gigiyenik qaydalara əməl olunması üçün şəraitin mövcud olmadığı aşkarlanıb.
Nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib və çatışmazlıqlar aradan qaldırılanadək sözügedən obyektlərin fəalliyyəti məhdudlaşdırılıb (Report).
Baxış sayı:122
Bu xəbər 16 İyun 2025 16:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















