Icma.az
close
up
RU
Məhsəti filminin nümayişinə qadağa qoydular

Məhsəti filminin nümayişinə qadağa qoydular

Icma.az, Axsham.az portalına istinadən məlumat verir.

Rejissor Suada Qarayevanın "Məhsəti" filmi Mədəniyyət Nazirliyi və Kino Agentliyinin təşkil etdiyi "Baku Cinema Breeze 25" film festivalı çərçivəsində Bakı Beynəlxalq Film Festivalından çıxarılıb.

Axşam.az xəbər verir ki, bu barədə rejissor sosial media hesabında həm öz, həm də layihənin prodüserləri Mariya İbrahimova (Azərbaycan) və Ada Solomonun (Rumıniya) adından bəyənat yayıb. 

Paylaşımda bunlar qeyd olunub:

"Təəssüf ki, “Məhsəti” filmimiz Bakı Film Festivalı proqramından çıxarılıb, çünki Mədəniyyət Nazirliyinin Film Şurası ona nümayiş lisenziyası verməkdən imtina edib və filmin mənəvi dəyərlərə uyğun olmadığını bildirib. Filmdə 12-ci əsr şairi Məhsəti Gəncəvini canlandırmaq istəyən gənc aktrisa dostları ilə kluba gedir, spirtli içki içir, rəqs edir və bir kişi ilə romantik münasibət yaşayır.

Film Məhsəti Gəncəvinin hekayəsinə çağdaş yanaşma cəhdidir. O, tək ana tərəfindən böyüdülüb, sevgi, şərab, hisslər və azadlıq haqqında cəsarətlə və gözəlliklə yazan bir sənətkar idi. Onun yaradıcılığı, onu və ümumilikdə qadınları səsdən məhrum edib keçmişdə saxlamaq istəyənlərin bütün səylərinə baxmayaraq, demək olar ki, min ildir yaşayır.

Qadın kino yaradıcıları olaraq, qadınların necə təsvir oluna biləcəyinə dair bu cür absurd məhdudiyyətləri qəbul etmirik. Xüsusilə də bu məhdudiyyətlərin modern və dünyəvi bir ölkədən, qadınlara ən erkən səsvermə hüququ verənlərdən biri olmuş və Məhsəti kimi qadın ilhamları yetişdirmiş bir yerdən gəlməsi təəccüblüdür. Məhsəti təbiət qüvvəsi kimi biri idi – qabaqcıl, azad ruhlu, 12-ci əsrdən bu günə qədər işığı sönməyən parlaq bir ulduz.

21-ci əsrdə qadınları ənənəvi gender rollarında saxlamaqdan daha yaxşısına qadirik".

Rejissor və prodüserlər bu filmə ürəklərini və ruhlarını sərf edən bütün aktyorlardan, çəkiliş heyətindən və istedadlı insanlardan, eləcə də festivalda nümayişini səbirsizliklə gözləyən dostlarından, tərəfdarlarından və sevdiklərindən üzr istəyiblər.

Qeyd edək ki, bu ilin mayında aktrisa Fərqanə Abdullanın rol aldığı "Məhsəti" filminin premyerası Kaliforniyada keçirilən "Mammoth Lakes" Beynəlxalq Film Festivalında baş tutub.

Suada sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://axsam.az
archiveBu xəbər 04 Dekabr 2025 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see343

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see339

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see335

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see300

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see292

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see290

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see287

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see277

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see276

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see267

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see262

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see221

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see218

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri