Icma.az
close
up
RU
Məhsul şəhadətnaməsi təkrar satıla və girov qoyula biləcək

Məhsul şəhadətnaməsi təkrar satıla və girov qoyula biləcək

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Məhsul şəhadətnaməsinin buraxılışı, dövlət qeydiyyatı və dövriyyəsi ilə bağlı tələblər müəyyənləşir.

Oxu.Az-ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Məhsul şəhadətnaməsi haqqında" yeni qanun layihəsində əksini tapıb.

Qeyd olunan məlumatlar informasiya sisteminə daxil edildikdən sonra kreditorlar informasiya sistemi vasitəsilə şəhadətnaməni əldə etmək arzusunda olduğunu bildirir, göstərilən məlumatları və mövcud olduğu halda borclu tərəfindən yerləşdirilən məlumatlara dair əlavə təkliflərini borcluya göndərir.

Göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə müvafiq dövlət orqanından əldə edilməsi mümkün olduqda, həmin sənədlər və məlumatlar tərəflərdən tələb edilmir. Belə məlumatların EHİS vasitəsilə əldə edilməsi mümkün olmadıqda onların təqdim olunması məlumatların aid olduğu tərəfin razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunur və ya məlumatların aid olduğu tərəfin özü tərəfindən təmin edilir.

Borclu informasiya sistemi vasitəsilə nəzərdə tutulan məlumatları aldığı andan beş iş günü müddətində kreditorlardan birinin təklifini qəbul edir və digər kreditorların təklifini rədd edir (və ya bütün kreditorların təklifini rədd edir). İnformasiya sistemi vasitəsilə bu barədə kreditorlara dərhal bildiriş göndərilir.

Borclu kreditorlardan birinin təklifini qəbul etdikdən sonra məhsul şəhadətnaməsi borclunun uyğun olaraq informasiya sisteminə daxil etdiyi və kreditorun təqdim etdiyi məlumatlar əsasında informasiya sistemi vasitəsilə avtomatik formalaşdırılır, nömrələnir və üç iş günü müddətində borclu və məhsul şəhadətnaməsinin mülkiyyətçisi tərəfindən informasiya sistemi üzərindən təkmil sertifikatlı gücləndirilmiş elektron imza vasitəsilə imzalanır.

Ödəniş barədə məlumat informasiya sistemi vasitəsilə avtomatik əldə edilir, bu mümkün olmadıqda isə ödənişi təsdiq edən sənəd məhsul şəhadətnaməsinin mülkiyyətçisi tərəfindən informasiya sisteminə daxil edilir. Məhsul şəhadətnaməsi ödəniş məbləğinin borclunun bank hesabına daxil olduğu andan qüvvəyə minir. Müəyyən edilmiş müddətdə ödəniş edilmədikdə məhsul şəhadətnaməsi qüvvəyə minmir.

Məhsul şəhadətnaməsi hər iki tərəfin təkmil sertifikatlı gücləndirilmiş elektron imzası ilə imzalandıqdan sonra onda birtərəfli qaydada dəyişiklik edilə bilməz.

Məhsul şəhadətnaməsi ilə bağlı tələbin güzəşti informasiya sistemində məhsul şəhadətnaməsinin mülkiyyətçisi tərəfindən məhsul şəhadətnaməsində təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə verilmə qeydinin (indossamentin) edilməsi ilə həyata keçirilir.

Məhsul şəhadətnaməsi mülkiyyətçi tərəfindən təkrarən satıla bilər.

Məhsul şəhadətnaməsi mülkiyyətçi tərəfindən öhdəliklərlə yüklənə bilər və belə yüklənmə uyğun olaraq qeydiyyata alındığı andan qüvvəyə minir.

Əmtəə məhsul şəhadətnaməsi təkrar satıldığı halda yaranmış əlavə çatdırılma xərcləri tərəflər arasında başqa razılaşma yoxdursa, yeni mülkiyyətçi tərəfindən ödənilir.

Məhsul şəhadətnaməsinin onun mülkiyyətçisi tərəfindən təkrar satılması və öhdəliklərlə yüklü edilməsi (girov və s.) barədə məlumatlar mülkiyyətçi tərəfindən beş iş günü müddətində informasiya sisteminə daxil edilir.

Məhsul şəhadətnaməsi buraxılan zaman tərəflər kənd təsərrüfatı məhsulunun sığortalanması barədə öhdəlik götürə bilərlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://oxu.az
archiveBu xəbər 18 Sentyabr 2026 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see315

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see279

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see270

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see269

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see261

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see255

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see250

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see237

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see225

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see224

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see219

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see217

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see206

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see194

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see191

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see190

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see180

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see179

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see178

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri