Icma.az
close
up
RU
Məişət zorakılığı: adi məişət hadisəsi, yoxsa insanlığın ... ARAŞDIRMA

Məişət zorakılığı: adi məişət hadisəsi, yoxsa insanlığın ... ARAŞDIRMA

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

Qadına qarşı şiddət və qadın qətilləri hər bir ölkədə mövcuddur və səbəbləri təkcə iqtisadi-sosial vəziyyətlə bağlı deyil. Yüksək inkişaf etmiş ölkələrdə, sivil cəmiyyətlərdə də qadınlara qarşı zorakılıq halları müşahidə edilir və statistik ölçüləri Azərbaycanla müqayisədə daha böyük rəqəmləri əks etdirir.

ABŞ, Almaniya, Niderland, Fransa və digər inkişaf etmiş ölkələrdə qadınlara qarşı baş verən zorakılıq hallarının statistikasına nəzərə salsaq, mənzərənin necə acınacaqlı və təhlükəli həddə olduğunu görə bilərik.
Məlumat üçün bildirək ki, Avropada ildə orta hesabla 3500 qadın qətlə yetirilir. Avropa İttifaqı (Aİ) regionunun inkişaf etmiş dövlətlərindən olan Fransa, İtaliya və Niderlanda müvafiq olaraq üç, dörd və səkkiz gündən bir qadınlar qətlə yetirilir.

Fransa Avropada qadınlara qarşı zorakılıq halları və qətllərin ən geniş yayıldığı dövlətlərdən biridir. Bu ölkədə il ərzində təxminən 100 qadın məişət zəminində həlak olur Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, ümumiyyətlə, 2025-ci ilin ötən beş ayı ərzində Fransada 2025-ci ilin əvvəlindən 59 qadının qəddarcasına qətlə yetirilməsi rəsmi olaraq təsdiqlənib. Onların arasında 1, 11 yaşlı uşaqlar, 13, 15 yaşlı yeniyetmələr, 18 və 20 yaşlı gənclər, habelə 87 yaşlı qocalara qədər müxtəlif vəhşiliklərin qurbanı olanlar da var

Almaniyada da qadınlara qarşı zorakılığın artması qeydə alınmaqdadır. Federal Kriminal Polis İdarəsinin hesabatına əsasən il ərzində 360 qadının kişilər tərəfindən, çox vaxt partnyor zorakılığı və ya ayrılıq zamanı qısqanclıq zəminində öldürüldüyü aşkar edilir. Keçmiş daxili işlər naziri Nensi Faeser bildirib ki, Almaniyada demək olar ki, hər gün qadın qətli ilə rastlaşılır

İtaliyada da qətl hadisələri tez-tez təkrar olunmaqdadır. Apreldə 48 saat ərzində tapılan İlaria Sula və Sara Kampanella adlı iki qız tələbənin qətli bütün İtaliyanı sarsıdan hadisə kimi qeydə alınıb. Bu ölkədə təkcə apreldə eyni motivlə qadın qətllərinin sayı 11-ə çatıb.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin məlumatlarına və BMT Dünya Əhali Prospektləri hesabatına əsasən, hər il təqribən 51 min qadın zorakılıq və təcavüzün qurbanı olaraq öldürülür. Həmin statistik təhlillərə və eləcə də digər mənbələrə əsasən, dünya ölkələrində qadınların qəsdən öldürülməsi cinayətlərinin sayına görə Azərbaycan aşağı göstəriciyə malik ölkələrdəndir. Qadın qətllərinin sayına görə, post-sovet ölkələri sırasında Rusiya (2046), Özbəkistan (179), Qazaxıstan (145) və Belarus (87) daha çox qətliamların qeydə alındığı ölkələr kimi xarakterizə olunur. Amerikada bu rəqəm 4359, Braziliyada 3887, Kanadada 205, Almaniyada 374, Fransada 248, Böyük Britaniyada 214, Polşada 122, İtaliyada 118, İspaniyada 111 təşkil edir. Avropa ölkələrinin digərlərində də orta say 60-80 qətl hadisəsi arasındadır. Azərbaycanda həmin say təxminən 65 olmaqla aşağı göstəriciləri olan ölkələrdən biri hesab edilir.

Qadın zorakılığının qarşısı necə alınmalıdır?!

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov bildirib ki, ailədaxili zorakılıq və məişət zəminində baş verən zorakılıq aktları müasir cəmiyyətin sosial problemlərindən biridir.

O, qeyd edib ki, bu zorakılıq formaları əsasən psixoloji, fiziki və iqtisadi asılılıq yaratmaqla bağlı zorakılıq növləri kimi təzahür edir: "Dünyada olduğu kimi, Azərbaycanda da təəssüf ki, psixoloji zorakılıq halları daha geniş yayılmışdır. Belə hallar insanların mənəvi sağlamlığına, ailə münasibətlərinə və ümumilikdə cəmiyyətin sosial sabitliyinə ciddi təsir göstərir. Azərbaycan dövləti bu problemin həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir. Ailədaxili zorakılıqla mübarizə məqsədilə Dövlət Komitəsi, yerli icra hakimiyyətləri və digər aidiyyəti qurumlar arasında koordinasiyalı fəaliyyət sistemi qurulmuşdur. Hər bir qurum öz səlahiyyətləri çərçivəsində qurbanların müdafiəsi və zorakılığın qarşısının alınması üçün zəruri tədbirlər görür.

Məişət zorakılığına qarşı mübarizənin hüquqi bazası da zamanla təkmilləşdirilib. 2006-cı ildən etibarən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən bu sahədə qanunvericiliyin inkişafı istiqamətində mühüm addımlar atılmışdır. “Gender bərabərliyinin təminatı haqqında” və daha sonra “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunların qəbulu bu istiqamətdə əsaslı dönüş yaratmışdır. Qanunvericilik çərçivəsində mühafizə orderləri, sığınacaqların fəaliyyəti, qaynar xətlərin yaradılması, həmçinin zorakılıq halları ilə bağlı məlumat bazasının formalaşdırılması kimi tədbirlər həyata keçirilir. Dövlət Komitəsi və Daxili İşlər Nazirliyi tərəfindən qurbanların müdafiəsi, ilkin tibbi yardımın göstərilməsi və zorakılıq riskinin azaldılması istiqamətində birgə fəaliyyət mexanizmləri mövcuddur.

Azərbaycan Respublikası eyni zamanda Birləşmiş Millətlər Təşkilatının “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında” Konvensiyasına qoşulmuşdur. Hər dörd ildən bir təqdim olunan milli hesabatlarda zorakılıqla mübarizə tədbirləri, gender bərabərliyinin təminatı və ictimai şüurun artırılması istiqamətində görülən işlər əks olunur. Bütün bu tədbirlər göstərir ki, Azərbaycan dövləti ailədaxili zorakılığa qarşı kompleks və sistemli mübarizə aparır. Bununla yanaşı, qeyd edilməlidir ki, bu problem təkcə dövlət qurumlarının deyil, həm də bütün cəmiyyətin üzərinə düşən bir məsuliyyətdir. Hər bir vətəndaşın bu prosesdə maarifləndirici və sosial məsuliyyətli davranışı ailələrin rifahı və cəmiyyətin mənəvi sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır”.

Psixoloq Gülər Məmmədovanın sözlərinə görə isə zorakılıq anlayışı insan cəmiyyətinin formalaşdığı ilk dövrlərdən bəri mövcuddur.

Psixoloq bildirib ki, tarix boyu baş verən sosial və mədəni dəyişikliklərə baxmayaraq, xüsusilə qadınlara qarşı zorakılıq formaları bu gün də aktual sosial problem kimi qalmaqdadır: "Müasir dövrdə zorakılığın əsas səbəblərindən biri qadınların savad və maarif səviyyəsinin yetərincə olmamasıdır. Özünü intellektual və mənəvi cəhətdən inkişaf etdirməyən qadın, çox zaman fiziki və psixoloji zorakılığın qurbanına çevrilir.

Qadınların təhsil imkanlarından məhrum edilməsi, erkən yaşda ailə həyatına daxil olmaları və müstəqil şəxsiyyət kimi formalaşmamaları, həm fərdi, həm də ictimai planda mənfi nəticələr doğurur. Bəzi bölgələrdə hələ də qız uşaqlarının orta məktəbi tamamlamasına və ali təhsil almasına məhdudiyyətlərin qoyulması bu problemin dərin köklərindən xəbər verir. Halbuki, qızların təhsil alması və elmə yönəlməsi, yalnız fərdi inkişaf baxımından deyil, həm də gələcək nəsillərin sağlam, mədəni və düşüncəli böyüməsinə böyük töhfə verir.

Təhsilli qadın özünə inamlı, müstəqil qərar vermə bacarığına malik olur və ailə qurarkən daha sağlam seçimlər edir. Belə qadınlar mənəvi və əxlaqi dəyərlərə sadiq olur, cəmiyyətdə müsbət davranış modelləri formalaşdırır. Qadına lazımi dəyərin verilmədiyi ailələrdə isə qadınların şəxsiyyətinin zəifləməsi, özünə inamsızlıq və mənəvi boşluq müşahidə edilir ki, bu da nəticə etibarilə ailənin və cəmiyyətin bütövlükdə natamam inkişafına gətirib çıxarır.

Unutmaq olmaz ki, qadın və kişi ittifaqı yalnız bioloji deyil, sosial və mənəvi tərəfdaşlıq münasibətidir. Ailənin sağlamlığı birbaşa tərəflərin psixoloji sabitliyi ilə əlaqəlidir. Özünü müdafiə etməyi bacarmayan, şəxsiyyət kimi formalaşmamış insanlar nə öz ailəsini, nə də cəmiyyətini qorumağa qadir olur. Cəmiyyətdə zorakılığın qarşısını almaq üçün ən əsas vasitə təhsildir. Elm və maarif səviyyəsi yüksək olan insan emosiyalarını idarə etməyi, dialoq yolu ilə problemi həll etməyi bacarır. Təəssüf ki, təfəkkür potensialı zəif, intellektual inkişafı məhdud olan fərdlər çox zaman impulsiv davranışlar sərgiləyərək zorakılığa meylli olurlar. Beləliklə, qadınların təhsilə çıxış imkanlarının artırılması, onların müstəqil və savadlı fərdlər kimi formalaşması cəmiyyətin sosial rifahının və mənəvi təhlükəsizliyinin təminatıdır. Zorakılıqla mübarizənin ən təsirli yolu maarifləndirmə, təhsil və bərabər imkanların yaradılmasıdır”.

Müəllif: Günay Hacıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 Oktyabr 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see412

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see276

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see223

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see204

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see159

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see157

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see157

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see157

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see144

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see140

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see139

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see139

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see135

Neymar və het trik

04 Dekabr 2025 09:17see135

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see127

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see127

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri