Icma.az
close
up
RU
MEK cari ilin ilk yarımilində dövlətçiliyə dair daxil olan nəşrlərin virtual sərgisini təqdim edir

MEK cari ilin ilk yarımilində dövlətçiliyə dair daxil olan nəşrlərin virtual sərgisini təqdim edir

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) dövlətçiliyə dairfonduna daxil olan yeni informasiya resurslarının virtual sərgisinin (https://heyzine.com/flip-book/4645033d22.html) 2025-ci il üzrə birinci buraxılışını təqdim edir. Virtual sərgi Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi günə həsr olunub.

Sərgilənən nəşrlərdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin mənalı və keşməkeşli həyatı və mübarizəsinin mahiyyəti, tarixi əhəmiyyəti, müasir dövrdəki yeri və rolu, cəsarətli tədbirləri və düşünülmüş siyasəti nəticəsində respublikada baş verən dərin sosial-iqtisadi dəyişiliklər, yenidənqurma işləri elmi cəhətdən əsaslandırılmış şəkildə öz əksini tapıb. Azərbaycan və rus dillərində təqdim olunan nəşrlərdə şanlı Zəfər tariximizi əhatə edən kitablar, ən qədim dövrlərdən zəmanəmizədək Azərbaycan torpaqlarında cərəyan edən tarixi və siyasi proseslərin əks olunduğu dəyərli nəşrlər də yer alıb.

Bunların sırasında “Heydər Əliyev: Şəxsiyyətin miqyası və missiyası”, “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu”, “Heydər Əliyev: Yenilikçi düşüncəyə malik siyasətçi (1969-1982)”, “Tarixlərdən boylanan ömür”, “Azərbaycanın zəngin mədəniyyəti var: Ulu Öndər Heydər Əliyevin aforizm və kəlamları”, “Yeni tarixi mərhələdə Azərbaycanın xarici siyasətinin prioritetləri: politoloji təhlil: monoqrafiya”, “Zəfər tariximizin fatehləri”, “İnkişaf - məqsədimizdir: çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər”, “Azərbaycan Milli Elmlər Akademiyası. Simalar. I Cild” və digər əsərlər mövcuddur.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan nəşrlərin elektron versiyalarını MEK-in elektron kataloquna daxil olub PDF formatında yükləmək və ya onlayn rejimdə mütaliə etmək mümkündür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 İyul 2025 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see761

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see586

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see328

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see298

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see297

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see279

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see276

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see276

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see259

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see244

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see242

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see234

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see222

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see219

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see209

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see205

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see204

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see198

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see194

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri