MEK də “Beynəlxalq Müəllimlər Günü” sərgisi keçirilir
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə sərgi təşkil olunub.
XQ xəbər verir ki, sərgidə təhsil, elm və pedaqogika sahələrinə, müəllimlik peşəsinin cəmiyyətdəki roluna, Azərbaycan təhsilinin tarixinə və inkişaf mərhələlərinə həsr olunmuş nəşrlər nümayiş etdirilir.
Onların sırasında “Heydər Əliyev: Təhsil, bilik, məktəb”, “Heydər Əliyev məktəblilərin gözü ilə”, “Azərbaycan Dövlət İqtisad Universiteti Heydər Əliyevin təhsil siyasətinin bariz nümunəsidir”, “Azərbaycan təhsili yeni inkişaf mərhələsində”, “Müəllim nüfuzu – şagird məhəbbəti”, “Azərbaycanın təhsil tarixi oçerkləri və ilk ali təhsillilərimiz”, “Müəllimlərin peşəkar inkişafı beynəlxalq təcrübədə”, “Müəllimlər və həmkarlar haqqında”, “Elin fədakar müəllimi”, “Müəllim peşəkarlığının artırılması istiqamətləri”, “Müəllimim Qoşqar Əhmədov”, “Müəllimlər üçün görünən təlim”, “Yeri görünən işıqlı insan”, “Respublikanın əməkdar müəllimi – Akif Bayram” və “Sona xanım” adlı dəyərli nəşrlər yer alır.
Sərgi iki həftə müddətində davam edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 05 Oktyabr 2026 14:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















