Icma.az
close
up
RU
MEK də elektron kitabxana və rəqəmsal xidmətlər genişləndirilib

MEK də elektron kitabxana və rəqəmsal xidmətlər genişləndirilib

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 2025-ci il üzrə fəaliyyətə dair hesabat iclası keçirilib.

525.az-a bu barədə MEK-dən məlumat verilib.

MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov illik hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar kitabxanada müxtəlif istiqamətlər üzrə tədbirlər təşkil olunub, mövzuya dair nəşrlər və arxiv materialları əsasında tematik sərgi hazırlanıb, həmçinin hüquqi və tarixi məzmunlu nəşrlər əsasında “Konstitusiya və Suverenlik İli” adlı biblioqrafik göstərici tərtib edilib.

Bununla yanaşı, AMEA-nın 80, Mərkəzi Elmi Kitabxananın isə 100 illik yubileyləri münasibətilə kitabxana fondlarında qorunan sənədlər, fotomateriallar və Akademiyanın fəaliyyətini əks etdirən nəşrlər əsasında ənənəvi və virtual sərgilər hazırlanıb. MEK-in Elektron resurslar şöbəsi tərəfindən “Azərbaycan Milli Elmlər Akademiyası” adlı ensiklopedik məqalə yenidən işlənərək məzmun baxımından təkmilləşdirilib və istifadəçilərin ixtiyarına verilib. Eyni zamanda, kitabxananın yüzillik fəaliyyətini əks etdirən materialların toplanması və sistemləşdirilməsi istiqamətində işlər aparılıb.

B u çərçivədə “Mərkəzi Elmi Kitabxananın nəşrləri: biblioqrafik göstərici”, “Mərkəzi Elmi Kitabxana – 100 il elmin keşiyində”, “Mərkəzi Elmi Kitabxananın 100 illik salnaməsi: 1925–2025”, “Mərkəzi Elmi Kitabxananın inciləri”, “Mərkəzi Elmi Kitabxana mətbuatın güzgüsündə”, “Qarabağ Qəhrəmanları Fondu: biblioqrafik göstərici”, “Azərbaycan milli mətbuatı müstəqillik dövründə (1991–2025): biblioqrafik göstərici”, “Azərbaycan Konstitusiyası və suverenlik: biblioqrafiya”, “Yaşıl kitabxanalar”, “İlham Əliyev və yaşıl dünya naminə Azərbaycan: çap və elektron sənəd-informasiya resursları: biblioqrafik göstərici”, “Naxçıvan Muxtar Respublikasında dövri mətbuat: məlumat kitabı” kimi nəşrlər hazırlanıb.

Direktor qeyd edib ki, hesabat dövründə MEK-də əsas prioritetlərdən biri elektron kitabxananın və digər rəqəmsal xidmətlərin genişləndirilməsi olub. Nadir fondun rəqəmsallaşdırılmasına və inklüziv informasiya resurslarının tətbiqinə başlanılıb, süni intellekt əsaslı səsli axtarış sistemi yaradılıb, kitabxananın veb-saytı və texniki infrastrukturu yenilənib. Korporativ Elektron Kitabxana İnformasiya Sisteminin qurulmasına start verilib, MEK-in yeni elektron oxu zalı istifadəyə təqdim olunub. Oxucuların tələbatına uyğun olaraq beynəlxalq elmi bazalara və açıq girişli resurslara çıxış imkanları genişləndirilib.

Gələcək dövr üçün əsas hədəflər sırasında süni intellekt əsaslı mobil elektron kitabxananın yaradılması və görkəmli şəxsiyyətlərə həsr olunmuş yeni elektron layihələrin hazırlanması yer alır. Bu istiqamətdə ilk layihə olaraq Xalq şairi Bəxtiyar Vahabzadəyə həsr edilmiş elektron resurs sentyabr ayında istifadəyə verilib.

Sənəd axınına dair məlumat verən direktor bildirib ki, hesabat dövründə Mərkəzi Elmi Kitabxanaya ümumilikdə 9 063 adda sənəd daxil olub, elektron kitabxana üçün 60 mindən artıq tammətnli elektron nəşr hazırlanaraq emal edilib, onlardan 35 mindən çoxu Elektron Kitabxana bazasına yerləşdirilərək oxucuların istifadəsinə təqdim olunub.

Qeyd olunub ki, 2025-ci il ərzində MEK-də 705 yeni oxucu qeydiyyatdan keçib. Hazırda kitabxananın istifadəçi bazasında 50 minə yaxın aktiv oxucu mövcuddur. İl ərzində təşkil olunan “Açıq qapı” günləri çərçivəsində isə 300-dən artıq vətəndaş kitabxananın fəaliyyəti, fondları və xidmətləri ilə yaxından tanış olub. Eyni zamanda, elmi müəssisələrin əməkdaşları üçün viki-təlimlər və rəqəmsal resurslardan istifadə üzrə praktiki məşğələlər keçirilib. AMEA sistemində ilk dəfə tətbiq olunan “MEK Könüllüləri” proqramı kitabxananın ictimaiyyətlə əlaqələrinin gücləndirilməsində və inklüziv xidmətlərin inkişafında mühüm rol oynayıb.

Hesabat dövründə MEK əməkdaşlarının müxtəlif elmi tədbirlərdə fəal iştirakı ilə yanaşı, kitabxananın təşkilatçılığı ilə bir sıra mühüm konfranslar da keçirilib.

Kitabxananın beynəlxalq əməkdaşlıq fəaliyyətindən danışan H.Hüseynov bir sıra elm, təhsil və kitabxana qurumları ilə əlaqələrin genişləndirildiyini, müxtəlif təlim, istehsalat təcrübəsi və ixtisasartırma proqramlarının həyata keçirildiyini diqqətə çatdırıb.

AMEA Rəyasət Heyəti Aparatının Elm və Təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri kitabxananın çoxşaxəli fəaliyyətinin 2025-ci ildə də yüksək nəticələrlə yadda qaldığını söyləyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Dekabr 2025 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see368

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see353

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see312

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see278

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see261

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see228

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see218

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see215

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see213

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see199

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see193

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see183

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see182

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see181

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see181

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see177

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see176

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see176

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri