Icma.az
close
up
RU
MEK ilə Rami Kitabxanası arasında memorandum imzalandı FOTO

MEK ilə Rami Kitabxanası arasında memorandum imzalandı FOTO

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov 2-6 aprel 2025-ci il tarixlərində Türkiyənin Ankara və İstanbul şəhərlərində işgüzar səfərdə olub. Səfər zamanı Hüseyn Hüseynov Beynəlxalq Kitabxana və Texnologiya Festivalına qatılıb, bir sıra görüşlər keçirib, tədbirlərdə iştirak edib.

Redaktor.az xəbər verir ki, festival çərçivəsində kitabxanalarda süni imtellekt və müasir informasiya texnologiyalarına əsaslanan rəqəmsal innovasiyaların tətbiqi praktikası və perspektivləri barədə fikir mübadiləsi aparılıb, kitabxanalar üçün İT həlləri və avadanlıqlar hazırlayan bir sıra şirkətlərlə görüşlər keçirilib, bu həllərin MEK-də tətbiqi ilə bağlı ilkin razılığa gəlinib. Türkiyənin akademik kitabxanalarının 80%-i ilə sıx əməkdaşlıq edən, kitabxana avtomatlaşdırma sistemləri sahəsində yaradıcı xidmətlər göstərən Yordam şirkəti ilə öz məhsullarının MEK-də təqdimatı üçün razılıq əldə olunub, həmçinin Boclips, EBSCO və digər tanınmış rəqəmsal kitabxanalarla, eləcə də beynəlxalq məlumat bazalarının Türkiyə təmsilçiləri ilə həmin resurslara giriş qaydaları, ağıllı kitabxana idarəetmə sistemlərinin imkanları barədə müzakirələr aparılıb.

Səfər çərçivəsində MEK-in direktoru Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Yayımlar Baş İdarəsinin rəhbəri Taner Bəyoğlu və Avropanın ən böyük Kitabxanalarından olan Rami Kitabxanasının rəhbəri Əli Çelik ilə görüşüb. Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə

Rami Kitabxanasında baş tutan görüşdə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, ölkənin aparıcı kitabxanalarının rəhbərləri iştirak edib. Görüş əsnasında kitabxanalar arasında əməkdaşlığın genişləndirilməsi və bu sahədə qabaqcıl təcrübələrin öyrənilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Daha sonra MEK ilə Rami Kitabxanası arasında "Qardaş Kitabxanalar Anlaşma Memorandumu" imzalanıb.

Sənəd iki təşkilat arasında kitabxana sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədini daşıyır. Memorandumda elmi və mədəni işbirliyi, kitab, informasiya mübadiləsi və elektron kitabxanaların tətbiqi üzrə işlərin aparılması, eləcə də ortaq layihələrin, konfransların, tədbir və simpoziumların keçirilməsi nəzərdə tutulub.

Görüş zamanı MEK-in direktoru türkiyəli həmkarına Azərbaycan xəritəsinin əks olunduğu lövhə və kitablar hədiyyə edib.

Rami Kitabxanasında olarkən MEK rəhbəri burada tətbiq edilən inklüziv xidmət, avadanlıqlar və İT həllərinin funksional-texniki imkanları, həmçinin əski Azərbaycan əlifbasını rəqəmsallaşdırmaq üçün vacib sayılan OCR texnologiyası ilə tanış olub, bu həllərin MEK-də tətbiqi ilə bağlı fikir mübadiləsi aparıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 Aprel 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri