Icma.az
close
up
RU
MEK in direktoru Hüseyn Hüseynov Özbəkistanda keçirilən beynəlxalq konqresdə çıxış edib

MEK in direktoru Hüseyn Hüseynov Özbəkistanda keçirilən beynəlxalq konqresdə çıxış edib

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Noyabrın 12–15-də Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Mərkəzi Asiya: Ümumi mənəvi - maarifçilik irsi - ümumi gələcək” adlı beynəlxalq konqresdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov və MEK-in Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Mübariz Göyüşov iştirak ediblər.

XQ xəbər verir ki, Forumda Mərkəzi Asiya ölkələrindən və Azərbaycandan elm və mədəniyyət xadimlərinin, din nümayəndələrinin, yazıçıların, incəsənət və kino sahəsinin tanınmış simalarının, yazıçılar birliklərinin və kitabxana rəhbərlərinin, eləcə də gənclər liderlərinin iştirakı ilə sessiyalar keçirilib. 

MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov konqresdə “Elektron kitabxanalar və rəqəmsal irs: texnologiyalar mədəniyyəti necə dəyişir” mövzusunda məruzə ilə çıxış edib.

O, məruzəsində müasir kitabxanaların inkişaf istiqamətləri, rəqəmsallaşma prosesləri və rəqəmsal irsin qorunması məsələlərinə toxunub. Hüseyn Hüseynov qeyd edib ki, kitabxanalar artıq ənənəvi anlayış çərçivəsindən çıxaraq informasiya-kommunikasiya mərkəzlərinə çevrilir. Elektron kataloqlar, rəqəmsal arxivlər və interaktiv xidmətlər müasir kitabxana fəaliyyətinin ayrılmaz hissəsinə çevrilib.

Çıxışda vurğulanıb ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanası bu istiqamətdə ölkədə qabaqcıl təcrübə formalaşdırıb. MEK-də həyata keçirilən rəqəmsallaşdırma layihələri, Avtomatlaşdırılmış kitabxana-informasiya sistemi, elektron kataloqlar, onlayn sifariş və sənəd çatdırılması xidmətləri, oxucu rəyləri və elektron sərgilər eləcə də beynəlxalq verilənlər bazalarına çıxış imkanları barədə ətraflı məlumat təqdim olunub. 

Direktor bildirib ki, hibrid kitabxanaların-ənənəvi fondlarla rəqəmsal texnologiyaların sintezinin inkişafı rəqəmsal humanitar elmlərin formalaşmasına və biliklərin daha geniş auditoriyaya çatdırılmasına şərait yaradır.

Konfransda, həmçinin rəqəmsal irsin qorunması, məlumatların uzunmüddətli saxlanması, beynəlxalq standartların tətbiqi və müəllif hüquqlarının təmin olunması məsələləri də müzakirə edilib.

Onu da qeyd edək ki, tədbir zamanı MEK-in direktoru Özbəkistan televiziyasına müsahibə də verib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Noyabr 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see240

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see146

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see146

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see137

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see137

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see136

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see135

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see133

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see133

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see128

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri