Meksika ABŞ ın təzyiqi ilə Çinə qarşı idxal rüsumlarını artırmağı planlaşdırır
Icma.az bildirir, Apa.az portalına istinadən.
Meksika hökuməti ABŞ prezidenti Donald Trampın tələbinə uyğun olaraq Çindən idxal edilən mallara rüsumları artırmağı planlaşdırır.
APA xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat yayıb.
Məlumata görə, rüsum artımı Çindən gətirilən avtomobil, tekstil və plastik məmulatlara təsir edəcək. Digər Asiya ölkələrinə də daha yüksək rüsumların qoyulacağı gözlənilir.
Rüsumların ölçüsü ilə bağlı yekun qərar hələ verilməyib.
Agentlik yazır ki, Vaşinqtonun təzyiqi ucuz Çin mallarının ABŞ-a idxalının qarşısını almaq istəyi ilə izah olunur. ABŞ administrasiyası iddia edir ki, Çindən gələn məhsullar əvvəlcə Meksikaya, oradan da ABŞ-a gətirilir.

Kanada və Meksika ABŞ a qarşı ticarət rüsumlarını açıqlayıb
02 Fevral 2025 07:35
ABŞ Çinə tətbiq olunan idxal rüsumlarını azaldacaq
23 Aprel 2025 03:04
Tramp Çinə qarşı rekord idxal rüsumlarını açıqlayıb
15 Fevral 2025 06:05
ABŞ Kanada, Meksika və Çinə gömrük rüsumu tətbiq edir
04 Mart 2025 12:41
NATO Rusiyaya təzyiqi artırmağı planlaşdırır
29 İyul 2025 14:19

