Meksika körfəzindən sonra indi də La Manş boğazının adının dəyişdirilməsi təklif olundu
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Amerikalı sahibkar və milyarder İlon Mask İngiltərə ilə Fransanı ayıran La-Manş kanalının adının dəyişdirilməsi ilə bağlı gözlənilməz təklif irəli sürüb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə o, "X" sosial şəbəkəsindəki paylaşımında bildirib.
Mask boğazın Amerika Birləşmiş Ştatlarının ilk prezidentinin şərəfinə Corc Vaşinqton kanalı adlandırılmasını təklif edib.
İlon Mask öz təklifinə foto da əlavə edib.
Qeyd edək ki, bu, coğrafi obyektlərin tarixi şəxsiyyətlərin və ya hadisələrin şərəfinə adının dəyişdirilməsinin ilk halı deyil. Daha əvvəl ABŞ rəsmi olaraq Meksika körfəzinin adını Amerika körfəzi olaraq dəyişdirərək, onun ölkənin tarixində və iqtisadiyyatındakı əhəmiyyətini vurğulayıb. ABŞ Prezidenti Donald Tramp bildirib ki, Meksika rəhbərliyi bu qərarı böyük ruh yüksəkliyi ilə qarşılayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 26 Yanvar 2025 16:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















