Meksika Los Ancelesdə miqrantlara qarşı reydlərdən narahatlığını ifadə edib
Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
Meksika, İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) tərəfindən ABŞ-nin müxtəlif şəhərlərində, xüsusilə Los-Ancelesdə (Kaliforniya ştatı) son zamanlar həyata keçirdiyi və miqrantların, o cümlədən Meksika vətəndaşlarının saxlanılması ilə nəticələnən əməliyyatlardan dərin narahatlığını ifadə edib.
“Report” xəbər verir ki, bu barədə Meksika Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Qeyd olunub ki, Meksika hökuməti qətiyyətlə ABŞ hakimiyyətini bütün miqrasiya prosedurlarının insan ləyaqətinə hörmət və qanunun aliliyi çərçivəsində lazımi hüquqi təcrübəyə uyğun həyata keçirilməsini təmin etməyə çağırıb.
Meksika XİN bildirib ki, ölkənin ABŞ-dakı konsulluq şəbəkəsi vasitəsilə saxlanılan meksikalıların adekvat hüquqi məsləhət və ədalətli rəftar almasını təmin etmək üçün konsulluq yardımı və müdafiə mexanizmləri işə salınıb.
Amerika mediasının məlumatına görə, Los-Ancelesdə qeyri-qanuni mühacirlərin kütləvi saxlanması cümə günü başlayıb və şənbə günü axşama qədər azı 44 nəfər immiqrasiya qanunlarını pozmaqda ittiham olunaraq həbs edilib. Hüquq-mühafizə orqanlarının hərəkətlərinə cavab olaraq şəhərdə nümayişlər başlayıb.
“CBS” telekanalının məlumatına görə, etirazçılar asayiş keşikçilərinin işinə mane olmağa çalışıb, yolu bağlayıb, polis əməkdaşlarına daş və fişənglər atıblar. Artıq ABŞ administrasiyası Los-Ancelesdə qanunsuz miqrantlarla bağlı aksiyanı yatırmaq üçün Milli Qvardiyanın 2 min əsgərini oraya göndərib.
Baxış sayı:114
Bu xəbər 08 İyun 2025 10:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















