Icma.az
close
up
RU
Meksika Parlamentində Azərbaycanla bağlı təqdimat keçirilib FOTOLAR

Meksika Parlamentində Azərbaycanla bağlı təqdimat keçirilib FOTOLAR

Icma.az bildirir, Sia Az portalına istinadən.

Meksika Parlamentinin San Lazaro Sarayında Deputatlar Palatasının Mədəniyyət və Kinematoqrafiya Komissiyası və Meksikanın Ümumdünya İrs Şəhərləri Milli Assosiasiyasının birgə təşkilatçılığı ilə “Ümümdünya İrs Şəhərləri Görüşü” keçirilib. SİA xəbər verir ki, tədbir çərçivəsində “Müasirlik və ümumdünya irs nümunələrinin mühafizəsi” mövzusunda təşkil edilmiş masada çıxış edən Azərbaycan Respublikasının Meksikadakı səfiri Məmməd Talıbov Azərbaycan hökumətinin tarixi abidələrin qorunmasına verilən əhəmiyyət və Bakı şəhərinin tarixi, İçərişəhər tarixi-memarlıq kompleksi və onun mühafizəsi sahəsində görülmüş işlər barədə məlumat verib. Səfir həmçinin Bakıda inşa olunmuş yeni memarlıq nümunələri, paytaxtın turizm potensialı və ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılmış addımlar, Bakının ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlər haqqında danışıb.

Görüşdə Meksikanın Mədəniyyət və Kinematoqrafiya Komissiyasının sədri Alma Lidia De La Veqa Sançes, Meksikanın Ümumdünya İrs Şəhərləri Milli Assosiasiyasının sədri Enrike Fransisko Qalindo Sebayyos və baş direktoru Xorxe Orteqa Qonsales, BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) Meksika, Kuba və Mərkəzi Amerika üzrə proqram rəhbəri Fernanda Lonardoni, Quanaxuato, Zakatekas, Kampeçe bələdiyyələrinin sədrləri, habelə Meksika Parlamentinin və Mədəniyyət Nazirliyinin, ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak edib, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan abidələrə sahib on dörd şəhərin timsalında tarixi mərkəzlərin qorunması fonunda turizm potensialının inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 Mart 2025 02:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri