Meksika Prezidenti Kubaya hərbi müdaxiləyə qarşı çıxdı
Olke.az saytına istinadən Icma.az xəbər verir.
Meksika Prezidenti Klaudiya Şeynbaum Barselonada keçirilən IV Demokratiya Sammitindəki çıxışı zamanı Kubaya hərbi müdaxiləni pisləyən xüsusi bəyannamə qəbul etməyi təklif edib.
"Ölkə.az" xəbər verir ki, o, çıxışının videoyazısını "X"də yayımlayıb.
"Kuba işlərinə hərbi müdaxiləyə qarşı bəyannamə təklif etmək istəyirəm. Qoy dialoq və sülh hökm sürsün", - deyə dövlət başçısı bildirib.
Çıxışında o, ölkəsinin tarixi mövqeyini də xatırladaraq, Meksikanın 1962-ci ildə Kubaya tətbiq edilən embarqoya qarşı çıxdığını qeyd edib. Şeynbaumun sözlərinə görə, Kuba xalqı öz suverenliyini və tam hüquqlu həyat hüququnu müdafiə etməkdə əzmkarlıq nümayiş etdirib.
Baxış sayı:192
Bu xəbər 18 Aprel 2026 20:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















