Meksika prezidenti Trampın andiçmə mərasiminə dəvət edilməyib
Oxumeni.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Meksika prezidenti Klaudiya Şeynbaum ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın yanvarın 20-də baş tutacaq andiçmə mərasiminə dəvət almayıb. Bu barədə Meksika lideri gündəlik mətbuat konfransı zamanı bildirib.
Şeynbaum Trampın andiçmə mərasiminə dəvət alıb-almadığını soruşduqda “Xeyr, amma eybi yoxdur, Meksikanın ABŞ-dakı səfiri inauqurasiyada orada olacaq,” - deyib.
Noyabrın 25-də ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp vəzifəyə başladığı ilk gündə qeyri-qanuni immiqrasiya və narkotik qaçaqmalçılığı ilə əlaqədar Kanada və Meksikadan gələn bütün mallara 25% rüsum tətbiq edəcəyini açıqlamışdı. Meksika səlahiyyətliləri eyni şəkildə cavab verəcəklərini və ticarət müharibəsinin nəticələrinin də ABŞ iqtisadiyyatı üçün mənfi olacağını söylədi.
Oxuməni.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 15 Yanvar 2025 11:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















