Meksika səfiliyi WTDC 25 in təşkilinə görə Azərbaycana təşəkkür edib
525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Meksika səfiri Viktoriya Romeronun başçılıq etdiyi nümayəndə heyəti 17-28 noyabr 2025 il tarixlərində Bakı şəhərində keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransında (WTDC-25) iştirak edir. Meksika beynəlxalq siyasətdə açar iştirakçı olmaqda davam edir və telekommunikasiya sektoru da istisna deyil.
Bu barədə 525.az-a Meksikanın Azərbaycandakı səfirliyinin yaydığı məlumatda deyilir.
Qeyd olunub ki, Meksikanın 1907-ci ildən bəri Beynəlxalq Telekommunikasiya İttifaqına verdiyi töhfələr və 70 ildən çox, 1952-ci ildən etibarən İttifaqın Şurasında davamlı şəkildə iştirakı İttifaqın Strateji və Əməliyyat Planında və siyasətində maraqlarını təşviq etməyinə dair ölkənin tarixi öhdəliyinin təzahürüdür. Bununla belə, ölkənin və Amerika regionunun rəqəmsal ekosisteminin inkişafı və möhkəmləndirilməsinə dair təkliflər verməklə, BTİ tərəfindən irəli sürünən qərar, resurs, təşəbbüs və layihələrdə region prioritetlərinin əks olunmasını təmin edir.
“Budəfəki konfransın şüarı “İnklüziv və dayanıqlı rəqəmsal gələcək üçün bağlantı” Meksikadakı yeni telekommunikasiya tənzimləyici orqanı – Telekommunikasiya üzrə Tənzimləyici Komisssiyanın - bu sahədə qadınların artan iştirakı, eləcə də, əhatə dairəsi, rəqabətlik, əlçatanlıq və hüquqların genişlənməsinə yönəlmiş işə dair təklifləri ilə üst-üstə düşür”, - açıqlamada vurğulanıb.
Bildirilib ki, bu gün komissiyanın fəaliyyəti bağlantının bəzilərin imtiyazı deyil, hər kəsin hüququ olmasından ibarətdir. Bu sahədə aparılan təcrübə mübadiləsi, şübhəsiz ki, ümumi məqsədə böyük dəyər qatacaqdır:
“Meksika tədbirin təşkili və qonaqpərvərliyə görə BTİ və Azərbaycan Respublikası Hökümətinə minnətdarlığını ifadə edir.
Telekommunikasiya sahəsində beynəlxalq əməkdaşlığı gücləndirmək, eləcə də, qlobal səviyyədə rəqəmsal inklüzivlik, dayanıqlılıq və texnolojı innovasiyanı təşviq edən açar təşəbbüslərin irəliləməsi məqsədi ilə Meksikanın 2026-2030-cu illər dövrü üçün BTİ Şurasında iştirakına dair marağı çatdırılır”.
Pərvanə Sultanova
Baxış sayı:75
Bu xəbər 28 Noyabr 2025 15:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















