Meksikada güclü partlayış: 9 nəfər öldü
Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Meksikanın Mexiko ştatının Temaskalsinqo şəhərində pirotexniki vasitələrin partlayışı nəticəsində doqquz nəfər ölüb, daha 24 nəfər yaralanıb.
Axar.az-ın yerli mediaya istinadən məlumatına görə, bu barədə ştatın mülki müdafiə orqanının rəhbəri Adrian Ernandes Romero deyib.
"Pirotexniki vasitələrin saxlanıldığı binanın damı uçaraq içəridəki insanların üzərinə düşüb. Səkkiz nəfər hadisə yerində ölüb, daha bir nəfər isə daha sonra Atlakomulko Mərkəzi Xəstəxanasında ölüb", - açıqlamada bildirilir.
Nəşrin məlumatına görə, partlayış zamanı kilsə dini bayramı qeyd edirmiş və binada izdiham var imiş.
Hadisə yernə Mülki Müdafiə qüvvələri, Mexiko şəhərinin Qəza-Xilasetmə Dövlət Xidməti, Milli Fövqəladə Hallar Komissiyası və ştat polisi cəlb edilib.
Baxış sayı:36
Bu xəbər 06 Sentyabr 2026 21:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















