Meksikada itkin düşən musiqi qrupunun üzvləri meşədə ölü tapılıb
Icma.az, Bizimyol portalına istinadən məlumat verir.
Bizimyol.info xəbər verir ki, Meksika mətbuatının verdiyi məlumata görə, Meksikanın Reynosa şəhərində itkin düşməsi barədə məlumat verilmiş və meşəlik ərazidə meyitləri tapılmış musiqiçilərin şiddətli şəkildə döyüldüyü və yandırıldığı müəyyən edilib.
Tamaulipas Ştatının prokuroru İrving Barrios verdiyi açıqlamada musiqiçilərin çox güman ki, narkokartellərin silahlı üzvləri tərəfindən öldürüldüyünü bildirib.
Hadisə ilə bağlı olaraq “Cartel del Golfo” qruplaşmasının “Los Metros” fraksiyasına mənsub olduqları ehtimal edilən 9 nəfər saxlanılıb.
Musiqiçilərin itkin düşməsindən sonra ailələri hakimiyyət orqanlarına müraciət edərək kömək istəyib. Reynosa Bələdiyyəsi qarşısında etiraz aksiyası keçirən ailələr yolu nəqliyyat üçün bağlayıb.
Ölkədə xüsusilə narkokartelləri tərifləyən “narkokoridos” kimi tanınan mahnılar səsləndirən qrupların cinayətkar təşkilatların hədəfinə çevrildiyi məlumdur.
Qadir, Bizimyol.info
Baxış sayı:129
Bu xəbər 31 May 2025 10:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















