Meksikadan Trampa: Divarlar yox, körpülər tikməliyik!
Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Meksika prezidenti Klaudiya Şeynbaum ABŞ prezidenti Donald Trampın sərhəddə divar tikmək fikri ilə razılaşmadığını bildirib.
Turkustan.az xəbər verir ki, Milli Sarayda keçirilən gündəlik mətbuat konfransında qiymətləndirmələr edən Şeynbaum sərhəddə divar hörməkdənsə, ikitərəfli dialoqa önəm verdiklərini vurğulayıb.
Şeynbaum mümkün divar tikintisinin Meksika tərəfindən maliyyələşdiriləcəyi ilə bağlı iddialara da toxunaraq, bu mövzuda ABŞ ilə heç bir razılaşma olmadıqlarını bildirib.
Şeynbaum ABŞ və Meksika arasında fiziki maneələr yaratmaq əvəzinə əməkdaşlığın və ticarət inteqrasiyasının gücləndirilməsinin vacibliyini vurğuladı və deyib:
"Divar tikmək, şübhəsiz ki, razılaşmayacağımız bir qərardır. Bu yeni Nuevo Laredo dəmir yolu körpüsü Meksikanın mərkəzindən Kanadaya yük daşıyır və yaxşı bir simvoldur. Biz divarlar deyil, körpülər tikməliyik."
Aytən Yaşar/ Turkustan.az
Baxış sayı:117
Bu xəbər 11 Fevral 2025 18:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















