Məktəb direktoru 600 manatlıq hədiyyəni bəyənmədi: Mənə dilənçi payı lazım deyil
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
Bakının Pirallahı rayonu, Gürgən qəsəbəsi 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoyun səs yazısı yayılıb.
Oxu.Az xəbər verir ki, səs yazısında direktorun müəllimlərlə mübahisəsi yer alıb.
Bildirilib ki, direktor müəllimlərin ona ad günü ilə bağlı aldıqları 600 manatlıq hədiyyəni bəyənməyib və bu səbəbdən pedaqoji heyəti təhqir edib.
Direktor müəllimlərə "Mənə dilənçi payı lazım deyil" deyə irad bildirib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ araşdırılacaq.
Xatırladaq ki, 1984-cü il təvəllüdlü Lamiyə İlhamsoy 2022-ci ildən bu vəzifədə çalışır.
Bu mövzuda digər xəbərlər:600 manatlıq hədiyyəni bəyənmədiyi iddia edilən məktəb direktoru ilə bağlı araşdırma aparılır
03 Mart 2025 16:38
Direktorun səsyazısı yayıldı “Mənə dilənçi payı lazım deyil” VİDEO
02 Mart 2025 10:59
Məktəb direktoru qızına görə işdən çıxdı “Mənə bibi deyirdi”
09 Sentyabr 2025 19:40
600 manatlıq hədiyyəni bəyənməyən direktor işdən çıxarıldı YENİLƏNİB
03 Mart 2025 20:54
Məktəb direktoru cərimələndi
24 May 2025 17:37
Baxış sayı:176
Bu xəbər 02 Mart 2025 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















