Icma.az
close
up
RU
Məktəb direktoru həftədə neçə saat dərs deyə bilər? RƏSMİ AÇIQLAMA

Məktəb direktoru həftədə neçə saat dərs deyə bilər? RƏSMİ AÇIQLAMA

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ümumtəhsil müəssisələrinin direktorları idarəetmə fəaliyyəti ilə yanaşı, dərs aparmaq hüququna da malikdirlər. Bəs onların maksimum dərs yükü neçə saat ola bilər və bölgü zamanı onlara dərs saatının ayrılması hansı prinsiplərlə həyata keçirilir?

Redaktor.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən "Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq bildirilib ki, Təhsil Nazirliyinin 26 yanvar 1999-cu il tarixli 59 nömrəli əmri ilə təsdiq edilmiş “Təhsil, təlim-tərbiyə müəssisələrinin rəhbər, inzibati-təsərrüfat, tədris-köməkçi və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar”ın 3-cü bəndinə əsasən, bütün tipdən olan ümumtəhsil məktəblərinin (internat məktəbləri daxil olmaqla), liseylərin, gimnaziyaların, peşə məktəbləri və peşə liseylərinin direktorları və onların müavinləri əsas iş üzrə tam vəzifə maaşı almaqla yanaşı, işlədikləri təhsil müəssisəsində ixtisaslarına uyğun olaraq dərs ilinin əvvəlində tarifləşmə siyahısına salınmaqla həftədə 12 saata (ildə 480 saata) qədər dərs apara bilərlər.

Agentliyin açıqlamasında qeyd olunub ki, müvafiq ixtisas fənni üzrə müəllim çatışmadıqda və ya digər zəruri ehtiyac yarandıqda təhsil müəssisəsinin tabe olduğu yuxarı təşkilatın razılığı əsasında əməkhaqqı saathesabı ödənilməklə həftədə daha 6 saata (tədris ili ərzində 240 saata) qədər dərs aparılması mümkündür.

Dərs bölgüsünün aparılması qaydalarına da aydınlıq gətirilib. Bildirilib ki, bir qayda olaraq, dərs bölgüsü müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi nəticələri nəzərə alınmaqla məktəbin Pedaqoji Şurasının müvafiq qərarı ilə tənzimlənir.
Həmçinin Nazirlər Kabinetinin təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında qərarına əsasən, bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, eləcə də peşə təhsili müəssisələrində müəllimlərin bir stavka dərs yükü həftədə 18 saat müəyyən edilib. Bu zaman müəllimin həftəlik dərs yükü iki stavkanı aşmamalıdır.

Qeyd olunub ki, məktəb rəhbərliyinə dərs yükü yalnız müəllimlər müvafiq dərs yükü ilə təmin edildikdən sonra verilə bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 İyul 2026 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see295

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see283

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see257

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see228

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see228

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see227

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see221

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see217

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see216

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see205

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see195

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see194

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see191

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see191

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see190

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see187

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see187

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see185

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri