Məktəb direktoru işdən azad edilib MÜTDA
Sfera.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı şəhəri 301 nömrəli tam orta məktəbin direktorunun müəllimlərə qarşı uyğunsuz davranışı ilə bağlı aşkara çıxarılan faktlar üzrə araşdırmalar aparılıb.
Bu barədə Sfera.az-a MÜTDA-dan məlumat verilib.
Bildirilib ki, araşdırma nəticəsində fəaliyyətində yol verdiyi nöqsanlara görə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə təhsil müəsissəsinin direktoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.
Qeyd olunub ki, təhsil müəssisələrində sağlam işgüzar mühitin təmin olunması, vətəndaşların təhsil müəssisəsinə etimadının, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin, şəffaflığın artırılması əsas prioritetlərdəndir və təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir.
Firuzə Əliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 01 Aprel 2025 15:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















