Icma.az
close
up
RU
Məktəb direktoru xəstəxanalıq oldu

Məktəb direktoru xəstəxanalıq oldu

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Şəkidə məktəb direktoru rabitə dirəyindən yıxılaraq xəsarət alıb.

Hurriyyet.az APA-ya istinadən xəbər verir ki, hadisə günorta saatlarında rayonun Böyük Dəhnə kəndində baş verib.

Kənd sakini 64 yaşlı Xanlar Həsrət oğlu Ağabəyov yaşadığı evin həyətyanı sahəsində olan rabitə dirəyindən yıxılıb.

Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan X. Ağabəyov Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Qeyd edək ki, X. Ağabəyov Böyük Dəhnə kənd tam orta məktəbdə direktor vəzifəsində çalışır.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:30
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 09 Noyabr 2024 00:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri