Icma.az
close
up
RU
Məktəb direktoru yazır: Gəncləri cinayətkar davranışlardan necə qoruyaq?

Məktəb direktoru yazır: Gəncləri cinayətkar davranışlardan necə qoruyaq?

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Son zamanlarda yeniyetmə və gənclər arasında cinayətkar davranışların artması narahatedici sosial problemlərdən birinə çevrilmişdir. Gənclər gələcəyin daşıyıcısı olduğu üçün onların təhlükəli vərdişlərə və qanunsuz əməllərə meyl etməsi cəmiyyətin mənəvi və hüquqi sabitliyi üçün ciddi təhdid yaradır. Bu səbəbdən, problemin səbəblərini araşdırmaq və qarşısını almaq üçün effektiv tədbirlərin görülməsi mühüm əhəmiyyət daşıyır.

Cinayətkar davranışların əsas səbəbləri müxtəlif ola bilər: ailədə nəzarətsizlik, sevgi və diqqət çatışmazlığı, maddi problemlər, düzgün dost seçiminin olmaması, sosial şəbəkələrdə mənfi təsirə məruz qalma, təhsildən yayınma, ətraf mühitin mənfi təsiri və s. Bu amillər yeniyetmələrdə hüquq və mənəviyyat sərhədlərinin pozulmasına səbəb ola bilər. Həmçinin, bəzi hallarda gənclər özlərini sübut etmək, “qəhrəman” görünmək və ya qrup tərəfindən qəbul olunmaq istəyi ilə də bu cür davranışlara meyl göstərə bilirlər.

Belə halların qarşısını almaq üçün kompleks yanaşma vacibdir. İlk növbədə ailə institutunun gücləndirilməsi ön plana çıxmalıdır. Uşaqlar ailə daxilində sevgi, qayğı, nəzarət və düzgün tərbiyə mühiti ilə əhatə olunmalıdırlar. Valideynlər övladlarının kimlərlə dostluq etdiklərini, vaxtlarını harada və necə keçirdiklərini bilməli, onlarla açıq və güvənli münasibət qurmalıdırlar. Əgər ailədə münasibətlər soyuq və nəzarətsizdirsə, uşaq asanlıqla yanlış yolların təsiri altına düşə bilər.

Təhsil müəssisələri də bu sahədə mühüm rol oynayır. Məktəblərdə təkcə akademik biliklərin deyil, həm də hüquqi maarifləndirmə və mənəvi dəyərlərin tədrisi gücləndirilməlidir. Şagirdlərə erkən yaşlardan qanunlara hörmət, empatiya, sosial məsuliyyət və düzgün davranış prinsipləri aşılanmalıdır. Həmçinin, məktəblərdə psixoloqların və sosial işçilərin fəaliyyəti gücləndirilməli, risk qrupunda olan şagirdlərlə fərdi işlər aparılmalıdır.

Məktəbdən kənar fəaliyyətlərin təşviqi də vacibdir. Gənclərin maraq dairəsinə uyğun idman, incəsənət, texnologiya və könüllü fəaliyyətlərə cəlb olunması onların öz bacarıqlarını inkişaf etdirməsinə və boş vaxtlarını faydalı şəkildə keçirməsinə şərait yaradır. Bu həm də onların mənfi mühitdən uzaq qalmasına və sosial bacarıqlarını sağlam şəkildə inkişaf etdirməsinə kömək edir.

Dövlət və qeyri-hökumət təşkilatlarının əməkdaşlığı da bu istiqamətdə əhəmiyyətlidir. Hüquq-mühafizə orqanları, yerli icra strukturları, gənclər təşkilatları və ictimai birliklər birgə fəaliyyət göstərərək maarifləndirici tədbirlər, təlimlər və profilaktik layihələr həyata keçirməlidirlər. Media və sosial şəbəkələrdə gənclərə nümunə ola biləcək pozitiv və motivasiyaedici məzmunların paylaşılması da önəmli rol oynayır.

Nəhayət, cəmiyyətin hər bir üzvü – müəllim, valideyn, dövlət qurumu və vətəndaş – gənclərin sağlam ruhda böyüməsinə töhfə verməli, onları dinləməli, dəstək olmalı və doğru istiqamətləndirməlidir. Bu birgə səylərlə yeniyetmələrin və gənclərin cinayətkar davranışlara meyl etməsinin qarşısını almaq mümkündür.

V çağırış millət vəkili,
295 nömrəli tam orta məktəbin direktoru Dilarə Cəbrayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 May 2025 08:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see345

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see284

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see282

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see282

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see274

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see267

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see260

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see258

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see255

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see244

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see242

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see241

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see240

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see239

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see233

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see227

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see227

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see217

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see214

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri