Məktəb proqramı qəbul imtahanlarına uyğunlaşdırılmalıdır
525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Bu gün məktəb proqramı və tədris ali məktəb imtahanları ilə uzlaşmır. Orta məktəbdə verilən təhsil qəbul imtahanlarında yüksək nəticə əldə etmək üçün yetərli deyil. Əlavə hazırlığa, repetitor yanına, kurslara getmədən universitetə qəbul olmaq olmur”.
Təhsil eksperti Kamran Əsədov bunu 525.az-a bildirib. O vurğulayıb ki, bəzən müəllimlər dərsdə mövzuları dərindən izah etmir. Dərsi anlamayan şagird də məcbur qalıb repetitor yanına gedir. Bu vəziyyətin uzunmüddətli perspektivdə yaratdığı problemlər kifayət qədər ciddidir:
“Bu gün yuxarı sinif şagirdləri məcbur qalıb repetitor yanına gedirlər. Çünki müəllimlər məktəbdə normal şəkildə dərs keşmir, izahat vermirlər. Məktəb proqramı qəbul imtahanlarına uyğunlaşdırılmalıdır. Başqa yol yoxdur. Əks halda şagirdlər məktəbdən uzaqlaşacaq”.
Sevinc QARAYEVA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 05 Sentyabr 2025 18:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















