Icma.az
close
up
RU
Məktəb psixoloqları da sertifikasiyadan KEÇMƏLİDİR

Məktəb psixoloqları da sertifikasiyadan KEÇMƏLİDİR

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Orta məktəblərdə müəllim və direktorlar əsas diqqət mərkəzində olsa da, məktəbin səmərəli fəaliyyətində digər işçilərin – psixoloqların, dərnək rəhbərlərinin, laborantların, sosial işçilərin və texniki heyətin rolu əvəzolunmazdır. Lakin Azərbaycanda bu kateqoriyadan olan işçilərin bilik və bacarıqlarının mütəmadi olaraq yoxlanılması, təkmilləşdirilməsi və qiymətləndirilməsi sistemi zəif inkişaf edib.

Bunu Modern.az-a açıqlamasında elm və təhsil eksperti Kamran Əsədov  bildirib.

O qeyd edib ki, beynəlxalq təcrübə ilə müqayisədə bu sahədə çox ciddi boşluqlar mövcuddur.

Ekspertin sözlərinə görə, Azərbaycanda məktəb psixoloqlarının rolu çox vaxt formal xarakter daşıyır.

"Rəsmi məlumata görə, 2023-cü ildə məktəblərin yalnız 55%-ində psixoloq vəzifəsi tam şəkildə icra olunur. Eyni zamanda, psixoloqların çoxu bu sahədə peşəkar hazırlıq səviyyəsinə malik deyil, çünki onlara tədris zamanı müasir psixoloji metodlarla işləmə bacarıqları öyrədilməyib”.

Ekspert bildirib ki, dünya təcrübəsində isə məktəb psixoloqları daha geniş səlahiyyətlərə və imkanlara malikdirlər.

“Məsələn, ABŞ-da məktəb psixoloqları məcburi şəkildə “National Association of School Psychologists” tərəfindən təsdiqlənmiş sertifikat almalı və hər beş ildən bir yenidən sertifikatlaşdırmadan keçməlidirlər. Finlandiyada psixoloqların fəaliyyətləri məktəb rəhbərliyi ilə birgə qiymətləndirilir və mütəmadi təlimlər keçirilməklə onların peşəkarlığı artırılır. Araşdırmalara görə, Finlandiyada məktəb psixoloqlarının 85%-i hər il təlimlərdə iştirak edir, bu isə şagirdlərin psixoloji problemlərinin vaxtında həll edilməsinə imkan yaradır", - Kamran Əsədov vurğulayıb.

Ekspertin sözlərinə görə, məktəb psixoloqlar, dərnək rəhbərləri və digər işçiləri də sertifiksiyadan keçməlidir: "Azərbaycanda məktəb işçilərinin bilik və bacarıqlarının yoxlanılması ilə bağlı sistemli dəyişikliklər həyata keçirilməlidir. Bu dəyişikliklərə işçilərin sertifikatlaşdırılması, mütəmadi təlimlərin təşkili və fəaliyyətlərinin şəffaf şəkildə qiymətləndirilməsi daxildir. Dünya təcrübəsinə uyğun olaraq bu prosesin tətbiqi təhsilin keyfiyyətinə müsbət təsir göstərəcək və şagirdlərin hərtərəfli inkişafına xidmət edəcək”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Noyabr 2024 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see427

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see334

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see328

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see286

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see244

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see238

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see232

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see213

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see211

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see203

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see199

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see197

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see196

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see181

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri