Icma.az
close
up
RU
“Məktəb psixoloqlarının narkomaniya ilə bağlı məlumatı yoxdur” EKSPERT DANIŞDI

“Məktəb psixoloqlarının narkomaniya ilə bağlı məlumatı yoxdur” EKSPERT DANIŞDI

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Bu günkü dövrdə uşaqların sağlam inkişafı və təhlükəsizliyi cəmiyyətimizin gələcəyi üçün prioritet məsələlərdən biridir.

Erkən yaşda uşaqları narkotik vasitələrin zərəri barədə maarifləndirmək isə onların sağlam həyat tərzi seçməsində mühüm rol oynayır.

Məktəblərdə aparılan maarifləndirmə tədbirləri isə şagirdlərin bu cür təhlükələrdən qorunmasına və sağlam davranış formalaşdırmasına böyük təsir göstərir.

Bu halda belə sual ortaya çıxır: məktəblərdə uşaqlarla bu həssas mövzu barədə kifayət qədər açıq və faydalı söhbətlər aparılırmı?

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, ekspert Emil Maqalov bildirib ki, bu yükün altına girməli olan psixoloqların bilik səviyyəsi bu gün kifayət qədər deyil:

“Bəzi ailələr səhər tezdən işə gedir, axşam evə qayıdır və övladlarının gündəlik həyatına nəzarət etməyə vaxt tapmır. Bu səbəbdən uşaqların psixoloji vəziyyəti, sosial çevrəsi və gündəlik davranışları haqqında valideynlərin bəzən heç bir məlumatı olmur.

Belə hallarda məktəbin, xüsusilə də psixoloqunun rolu xüsusilə önəm qazanır. Lakin mövcud vəziyyət ciddi narahatlıq doğurur. Psixoloqların əksəriyyətinin narkomaniya sahəsində məlumatı olmadığı üçün onlar şagirdlərdə təhlükəli meyilləri erkən mərhələdə demək olar ki, müəyyən edə bilmirlər.

Təəssüf ki,  məktəblərdə psixoloq sayı yetərsizdir. Bir psixoloqa yüzlərlə şagird düşür. Vakansiyalar açılmır, yaş fərqlərinə uyğun ixtisaslaşmış kadrlar təyin olunmur. Belə halda psixoloqun hər bir uşağa vaxt və diqqət ayırması mümkün deyil. Adətən məktəb psixoloqları  özləri də mövcud çatışmazlıqları etiraf edirlər. Onların bir çoxu ilə təmasda olmuşam. Əksəriyyəti deyir ki, məktəbdə aldıqları maaş (200–300 manat) nə motivasiya doğurur, nə də daşıdıqları məsuliyyətə uyğun gəlir. Bəzən onlar əsas funksiyalarını yerinə yetirmək əvəzinə texniki və ya kargüzarlıq işlərinə cəlb olunurlar, bu da psixoloq peşəsinin cəmiyyətdəki statusuna da mənfi təsir göstərir.

Bu sahədə əsas problemlərdən biri psixoloqların davamlı şəkildə ixtisasartırma və maarifləndirmə prosesindən kənarda qalmasıdır. Halbuki belə sahələrdə çalışan mütəxəssislərin müasir təhdidlər — o cümlədən narkotik asılılığı, aqressiya, sosial təcrid və psixoloji zorakılıq — barədə bilikləri aktual və sistemli olmalıdır”.

Ekspert əlavə edib ki, bəzi xarici ölkələrdə, xüsusən də Rusiyada, bir psixoloqa maksimum 300 şagird təhkim olunur.

Onun sözlərinə görə, həmin psixoloqlar vaxtaşırı testlərdən keçərək nəticələrini müvafiq qurumlara təqdim edirlər:

“Bu həm psixoloqun özünü təkmilləşdirməsinə, həm də keyfiyyətli nəzarətə imkan yaradır.

Bir daha qeyd edirəm valideynlərin övladları ilə keçirdiyi vaxt məhduddur. Günün əsas hissəsi məktəbdə, qalanı isə sosial mühitdə keçir.

Buna görə də uşağın tərbiyəsində yalnız ailənin deyil, məktəbin və cəmiyyətin də üzərinə böyük məsuliyyət düşür. Ona görə də bu məsuliyyəti daşıya biləcək əsas fiqurlardan biri məhz məktəb psixoloqudur.

Artıq 10 ildən çoxdur ki, bu sahədə fəaliyyət göstərir, məktəblərdə təlimlər keçir, şagirdlər və psixoloqlarla görüşlər təşkil edirəm. Bu təcrübə göstərir ki, erkən yaşlarda aparılan düzgün maarifləndirmə narkotik və digər zərərli vərdişlərə qarşı ən təsirli müdafiə üsuludur”. 

Emil Maqalov hesab edir ki, məktəb psixoloqlarındakı vəziyyət dəyişməzsə, yaranmış boşluğu doldurmaq çətin olacaq

“Psixoloqlara bu bilikləri kim və necə ötürməlidir? Şəxsən mən bu istiqamətdə müəyyən təlimlər versəm də, ixtisaslı psixoloqlara peşəkar hazırlıq keçmək səlahiyyətim yoxdur. Bu səbəbdən düşünürəm ki, müvafiq strukturlar tərəfindən məqsədyönlü layihələr həyata keçirilməli, praktik proqramlar hazırlanmalı və mütəxəssislər bu sahəyə cəlb edilməlidir.

Psixoloqların maarifləndirilməsi təkcə onların deyil, bütövlükdə cəmiyyətin rifahı üçün vacibdir. Yalnız bu halda onlar şagirdlərə düzgün istiqamət verə, onları təhlükələrdən qorumağa yardımçı ola və öz peşə borclarını məsuliyyətlə yerinə yetirə bilərlər”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 31 İyul 2025 23:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri