Məktəbdə ciddi nöqsanlar aşkarlandı: Direktor işdən çıxarıldı
Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Laçın rayonunun Taxtakörpü tam orta ümumtəhsil məktəbində aparılan yoxlama zamanı müəssisənin fəaliyyətində ciddi nöqsanlar aşkarlanıb.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, müəyyən edilmiş pozuntular əsasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 12 fevral 2026-cı il tarixli əmri ilə məktəbin direktoru Məmmədov Səxavətin əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq xitam verilib.
Sabiq direktor əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və işə bərpa olunması tələbi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edib. Lakin aparılan araşdırma nəticəsində iddia əsassız hesab olunaraq rədd edilib.
Məhkəmə işəgötürən tərəfindən verilmiş əmrin qanunvericiliyin tələblərinə uyğun olduğunu müəyyən edib və əmək münasibətlərinə xitam verilməsi üçün hüquqi əsasların mövcudluğunu təsdiqləyib.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi faktı APA-ya təsdiqləyib.
Baxış sayı:142
Bu xəbər 16 İyun 2026 22:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















