Məktəbə hücumala əlaqədar 83 nəfər saxlanılıb, 940 hesab bloklanıb
Icma.az xəbər verir, Azvision saytına əsaslanaraq.
Rəsmi məlumata görə, sosial şəbəkələrdə cinayətə və cinayətkara haqq qazandıran paylaşımlar edən 83 nəfər müəyyən edilərək barələrində saxlanma qərarı çıxarılıb. Bildirilib ki, şübhəlilərlə bağlı istintaq hərtərəfli şəkildə davam etdirilir.
Qurumun açıqlamasında qeyd olunur ki, kibercinayətlərlə mübarizə bölmələri internet məkanında aktivliyi nəzarətə götürərək ictimai asayişi poza biləcək məzmunları yaymağa çalışan şəxsləri müəyyən edib.
Eyni zamanda, əməliyyatın rəqəmsal istiqaməti çərçivəsində 940 sosial media hesabına giriş məhdudlaşdırılıb, həmçinin oxşar fəaliyyət göstərən 93 “Telegram” qrupu bağlanıb.
Hüquq-mühafizə orqanları sosial şəbəkələrdə mümkün təxribatların qarşısının alınması məqsədilə monitorinqlərin 24 saat davam etdirildiyini vurğulayıb.
Məhəmmədəli Həsənli
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Qurumun açıqlamasında qeyd olunur ki, kibercinayətlərlə mübarizə bölmələri internet məkanında aktivliyi nəzarətə götürərək ictimai asayişi poza biləcək məzmunları yaymağa çalışan şəxsləri müəyyən edib.
Eyni zamanda, əməliyyatın rəqəmsal istiqaməti çərçivəsində 940 sosial media hesabına giriş məhdudlaşdırılıb, həmçinin oxşar fəaliyyət göstərən 93 “Telegram” qrupu bağlanıb.
Hüquq-mühafizə orqanları sosial şəbəkələrdə mümkün təxribatların qarşısının alınması məqsədilə monitorinqlərin 24 saat davam etdirildiyini vurğulayıb.
Məhəmmədəli Həsənli
AzVision.az
Baxış sayı:133
Bu xəbər 16 Aprel 2026 12:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















