Icma.az
close
up
RU
Məktəbə silahlı hücum edən şəxsin adı AÇIQLANDI

Məktəbə silahlı hücum edən şəxsin adı AÇIQLANDI

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, dünən İsveç məktəbində ölkə tarixində ən dəhşətli silahlı insident baş verib. Belə ki, Erebru şəhərindəki böyüklər üçün təhsil müəssisəsində 10 nəfər həlak olub, 6 nəfər yaralanıb, atəş açan şəxsin özü də ölüb.
Bizim.Media İsveç polisinə istinadla xəbər verir ki, hücum edən 35 yaşlı, heç bir cinayəti olmayan Rikard Anderssondur.
Yaxınları onun tək yaşadığını və heç kimlə demək olar ki, ünsiyyət qurmadığını bildiriblər.
Cinayətin motivi hələlik müəyyən edilməyib.
Çox güman ki, Andersson təkbaşına hərəkət edib, lakin istintaq hadisənin tam şəraitini aydınlaşdırmağa çalışır.
Rikard hadisə yerində ölü tapılıb və onun intihar etdiyi güman edilir. Hadisədən sonra polis onun şəhərin mərkəzindəki mənzilində axtarış aparıb.
İstintaq zamanı məlum olub ki, şübhəli şəxs Asperger sindromlu və autizmli uşaqlar üçün xüsusi sinifdə oxuyub. O, 21 yaşında valideynlərinin evindən köçüb və Yonas Simon olan adını 2017-ci ildə Rikard Andersson olaraq dəyişdirib.
O, tək yaşayıb, heç bir cinayət keçmişi olmayıb, internetdə nəzərəçarpacaq iz buraxmayıb. Qonşuları və keçmiş sinif yoldaşları onu qapalı və insanlardan qaçan adam kimi təsvir ediblər. Vergi orqanlarının məlumatına görə, Anderssonun son illər sabit gəliri olmayıb.
Çərşənbə axşamı xüsusi polis qüvvələri onun mənzilində əməliyyat keçirib. Hadisə şahidlərinin sözlərinə görə, damlarda snayperlər yerləşdirilib və mənzilin qapısı sındırılıb.
Hazırda istintaq davam edir.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:67
embedMənbə:https://bizim.media
archiveBu xəbər 06 Fevral 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see179

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see153

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see149

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri