Məktəbə silahlı hücum: Yaralanan şagirdin ailəsi OpenAI a qarşı iddia qaldırıb
Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, British Columbia əyalətində 10 fevral tarixində baş verən məktəb və evə hücumunda ağır xəsarət alan şagirdin ailəsi iddia edir ki, ABŞ-ın texnologiya şirkəti "OpenAI" hücumçunun həyat itkisinə səbəb ola biləcək hərəkətləri planlamaq üçün "ChatGPT"dən istifadə etdiyini “xüsusi biliklə” bilib.
Məhkəməyə təqdim olunan iddia ərizəsində qeyd olunur ki, hadisəni törədən şəxs "ChatGPT"ni “sirdaş, əməkdaş və müttəfiq” kimi istifadə edib və bot filirlərinin planlaşdırılmasında ona “yardımçı olub”.
Ailə bildirib ki, yaxın məsafədən üç güllə ilə vurulan şagird ağır beyin zədəsi alıb və bu, qalıcı bilişsel və fiziki əlilliyə səbəb ola bilər.
"OpenAI" əvvəlcədən açıqlamışdı ki, hücumçunun tətbiqdaxili fəaliyyətlərini bir neçə ay öncə qiymətləndiriblər, hesabını bağlayıblar, lakin vəziyyəti polisə bildirməyiblər.
Hücum zamanı cinayəti törədən şəxs də daxil olduğu 10 nəfər həyatını itirib, 27 nəfər isə yaralanıb. Hadisə, 1989-cu ilin dekabrında Montrealdakı “L’Ecole Polytechnique” məktəbində 14 nəfərin öldüyü hücumdan sonra, ölkə tarixində ən ölümcül ikinci məktəb hücumu kimi qeyd edilib.
Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 10 Mart 2026 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















