Məktəbəqədər hazırlıq qruplarına elektron növbələr yaradılır
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu gün saat 11:00-dan etibarən regional təhsil idarələri və Naxçıvan Muxtar Respublikasının tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə elektron növbələrin yaradılması prosesi başlayır.
Bu barədə Bakıvaxtı.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.
Verilən məlumata görə, Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün elektron növbələr isə iyulun 9-u saat 11:00-dan aktiv olacaq.
2021 və 2022-ci il təvəllüdlü uşaqlar üçün növbələr saat 11:00-da, 2023, 2024 və 2025-ci il təvəllüdlü uşaqlar üçün isə saat 15:00-da aktivləşdiriləcək.
Qeyd edək ki, bu ildən etibarən məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi ilk dəfə olaraq “myGov” platforması üzərindən həyata keçiriləcək.
Valideynlər və ya qanuni nümayəndələr qeyd olunan tarixlərdə “myGov” kabinetinə daxil olaraq “Xidmətlər” bölməsində Elm və Təhsil Nazirliyinin “Məktəbəqədər təhsil müəssisələrinə qəbul” xidmətini seçməklə elektron müraciətlərini edə bilərlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 07 İyul 2026 09:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















