“Məktəbəqədər təhsilin dövlət tərəfindən maliyyələşməsi real deyil” − Nazir
Icma.az bildirir, Yeniavaz portalına istinadən.
“Heç olmasa, bir il məktəbəqədər hazırlığa getmək olduqca vacibdir”.
Yeniavaz.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Real TV”yə müsahibəsində deyib.
O bildirib ki, bu problemin 85 faizindən çoxu həll olunub:
“Lakin bunun maliyyə və keyfiyyət tərəflərinə baxmaq lazımdır. Dövlət bu sahədə böyük paya sahibdir. 100 mindən artıq uşaq dövlət sektorunda məktəbəqədər təhsilə cəlb olunub. Dövlət büdcəsinə bir uşaq 4 500 manata başa gəlir. Bütün uşaqların sayını 4 500 manata vurduqda bu, 2 milyard manatdan da yuxarı vəsait edir. Məntiqi olan insan üçün aydındır ki, bu, real rəqəmlər deyil. Yəni məktəbəqədər təhsilin dövlət tərəfindən maliyyələşməsi”.
Nazir xarici təcrübəni örnək gətirərək qeyd edib ki, dünyanın aparıcı ölkələrində də məktəbəqədər təhsilin yalnız dövlət tərəfindən maliyyələşməsi modelinə rast gəlinmir:
“Bir neçə həll yolu ortaya qoymuşuq. Biri icma əsaslı məktəbəqədər təhsildir, digəri dövlət-özəl partnyorluğudur”.
Bu mövzuda digər xəbərlər:Məktəbəqədər təhsilin əhatəsi 40 faizə yüksəlib Nazir
12 Sentyabr 2025 11:57
Məktəbəqədər təhsilin müsbət nəticələrini 2030 ilə görə bilərik Nazir
04 Dekabr 2024 11:10
Məktəbəqədər təhsilin əlçatanlığının 50 faizə çatması əsas hədəflərdəndir Nazir
04 Dekabr 2024 10:50
Məktəbəqədər təhsilin əhatə dairəsi genişləndirilir
24 İyun 2025 13:10
Baxış sayı:87
Bu xəbər 15 Dekabr 2025 21:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















